Azərbaycanda rəsmi olaraq 2026-cı ilin ilk 6 ayının doğuş statistikası açıqlanıb – bu müddətdə 40 798 doğulan körpə qeydə alınıb.
DSMF-dən başqa məlumat da yayılıb: bu ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Yəni, ilk 8 ayda doğulan uşaqların sayı, aşağı-yuxarı bu rəqəmə uyğundur. Ola bilər ki, müavinat almayanlar da var, amma, aylıq ortalama doğuş sayına baxanda, çox güman, 2026-cı ildə doğulan uşaq sayı 90 minin altında olacaq ki, bu da müstəqillik tarixinin ən aşağı rəqəmidir.
Başqa bir problem də odur ki, müavinət ödənişləri 26 675 nəfər qız, 30 305 nəfər oğlan uşağına görə aparılıb. Yəni, oğlan uşaqlarının sayı 3630 nəfər çoxdur, bu selektiv abortların yenə də yüksək sayda olduğuna dəlalət edir.
Bir sözlə, Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək. Bu gün məsələni problem kimi görüb həll yolları təklif və qəbul edə bilməsək, cəmi 10-15 ildən sonra demoqrafik böhran, təqaüd ödənişləri böhranı ilə paralel olaraq dərinləşəcək…
