Dünyaİqtisadiyyat

İtaliya kəndləri xilas edir, Azərbaycan kəndləri boşalır

Dostlar, yəqin ki, mətbuatda tez-tez, “flan ölkədə 1 avroya, 1 dollara evlər” satılır”, xəbərlərini görmüsünüz. Belə xəbərlər tez-tez İtaliya haqqında çıxır – ən son belə xəbər İtaliyanın Siciliya adasındakı tarixi Naro şəhəri tərk edilmiş evləri cəmi 1 avroya satışa çıxararaq yeni sakinlər cəlbi cəhdi haqqında olub.

Bir avroluq evlər həm İtaliya vətəndaşları, həm də xaricilər üçün əlçatandır. Müraciətlər Naro bələdiyyəsinin layihə üçün yaratdığı onlayn platforma vasitəsilə həyata keçirilir. Siyahıya alınan əmlakların böyük hissəsi təmirə ehtiyacı olan və bəzilərində ciddi bərpa işləri tələb edilən evlərdir. Buna görə alıcı evin təmir və yenidənqurma xərclərini özü qarşılamalıdır. Evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi zamanı layihənin hazırlanması, tikilinin təhlükəsizlik standartlarına uyğunlaşdırılması və tarixi binalara tətbiq olunan qoruma qaydalarına əməl edilməsi də tələb olunur.
Yəni, 1 avroya ev alıb, onu rəsmiləşdirmək, təmir etmək böyük məbləğ tələb edir – amma, bunu nədən edirlər?! Səbəbi odur ki, dünyanın müxtəlif ölkələrində kiçik kəndlər, qəsəbələr sürətlə boşalır, əhali böyük şəhərlərə köçür, aqrar sahədə çalışmaq istəyənlərin sayı azalır. Ona görə də, dövlət belə proqramlar qəbul edir, şəhərlərdən kəndə, qəsəbəyə köçənlərə güzəştlər verir, faizsiz kreditlər təklif edir, kommunal xidmətlrə quşulmaq, bərpa olunan enerji mənbəələrinə keçid üçün köməklik göstərir.

Azərbaycanda da bu proses başlayıb, sürətlə gedir, kəndlər boşalır, əhali, əsasən, Bakıya axır. Bunun səbəbləri çoxdur, bir tək iqtisadi səbəb, maddi vəziyyət deyil – kəndlər, qəsəbələrdə, hətta rayonlarda mədəni həyat, əyləncə yoxdur, bizneslə məşğul olmaq üçün şərait zəifdir, biznes qurmaq üçün dövlət dəstəyi yox dərəcəsindədir.

Biz şəhərdən kəndə, qəsəbəyə köçmək istəyən insanları əlmizdə gəzdirməliyik, aqrar sahədə çalışmaq istəyənlərin qulluğunda durmalıyıq, dövlət və cəmiyyət onlara özəl münasibət göstərməlidir. Kəndlərdə yaşayanlar, orda çalışanlar kommunal xidmətlərə şəhərə nisbətən 2 dəfə az ödəniş etməlidir. İstehsal sahəsi yaratmaq istəyənin bütün texniki şərtləri, kommunal xidmətlərə qoşulması pulsuz olmalıdır.

Anlayıram ki, bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir, amma, biz məcburuq ki, 15-20 il əvvəli düşünək, bu gün addımlar ataq ki, 15-20 ildən sonra boşalmış kəndlər, rayonlar görməyək, əti, aqrar məhsulları Gürcüstandan, Ermənsistandan almağa məcbur qalmayaq. Bu gün ölkə əhalisinin yarısına yaxını Abşeronda yaşayır, belə getsə, 20 ildən sonra bu rəqəm 80%-ə çatacaq…

P.S. Fotoda Siciliyada 1 avroya evlər satılan tarixi Naro şəhəridir…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Onlar məni asacaqlar…”

redaktor

Stubb: “Çin Rusiyanın nüvə silahından istifadəsinə icazə verməyəcək”

redaktor

Mirzoyan Zaxarova haqqında: “Bu qadının KTMT haqqında dediyi” yalandır

redaktor