Üçtərəfli zirvə görüşü təklif olunub
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff Moskvanı gözlənilməz ziyarətin detalları açıqlanıb. Axios və The New York Times nəşrlərinin mənbələrinə istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi Ukrayna müharibəsinin dayandırılması və tərəflər arasında danışıqların bərpası olub.
Görüşün əsas detalları və diqqətçəkən məqamlar: Retkliff Moskvanın diqqətinə ABŞ, Rusiya və Ukrayna prezidentlərinin (Tramp, Putin, Zelenski) iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ideyasını çatdırıb. MKİ rəhbəri Rusiya FSB rəhbəri Aleksandr Bortnikovla görüşüb. Retkliff Bortnikovu “diplomatik səylərin bərpasına kömək edə biləcək konstruktiv oyunçu” kimi qiymətləndirib.
The New York Times yazır ki, Retkliff müharibənin gedişatı ilə bağlı “mürəkkəb və bədbin qiymətləndirmələrini” rusiyalı həmkarı ilə bölüşüb və Moskvanı ciddi danışıqlara başlamağa çağırıb. Müzakirə olunan mövzular arasında Rusiyada ehtimal olunan səfərbərlik, NATO ölkələrinə qarşı risklər və İran mövzusu da yer alıb.
Vaşinqton Moskvadakı danışıqların nəticələri və üçtərəfli görüş təklifi barədə artıq Volodimir Zelenskini bilgiləndirib.Liderlərin reaksiyası:- Donaid Tramp: Səfəri yarı-rutin adlandırsa da, vacib olduğunu bildirib: “Biz müharibəni bitirmək üçün işləyirik. Ziyarətin müsbət nəticəsi ola bilər.”- Dmitri Peskov (Kreml): Səfərin xüsusi xidmət orqanları arasında kontakt qurmaq məqsədi taşıdığını və Putinlə görüşün nəzərdə tutulmadığını bəyan edib.
ABŞ kəşfiyyatı vasitəsilə diplomatik kanalları yenidən hərəkətə gətirməyə çalışır. Rusiya kəşfiyyatı üzərindən Kremlə birbaşa siqnalların ötürülməsi yaxın günlərdə masa arxasında yeni dinamikanın yarana biləcəyindən xəbər verir.
