29 C
Bakı
29 Avqust 2026 18:17
DünyaSiyasət

Britaniyanın Ukraynaya “qazı”: Can sizdən, pul bizdən

Britaniyada artıq ənənəyə çevrilib: hər yeni baş nazir ilk xarici səfərini Kiyevə edir və burada Ukraynaya söz verir ki, sona qədər onların arxasında dayanacaq. Boris Conson, Liz Trass, Rişi Sunak, Kir Starmer belə ediblər. Yeni baş nazir Endi Börnhem də ilk xarici səfəri çərçivəsində 24 avqustda Kiyevdə oldu.

Onun Kiyevdəki çıxışından:

“Prezident Zelenskinin dediyi kimi, Ukrayna kasıb qohum deyil, güclü müttəfiqdir. Mən daha da irəli gedərdim: Ukrayna Avropanın müdafiəçisidir – bizim təhlükəsizliyimiz üçün yük deyil, Avropanın təhlükəsizliyini təmin edən ön xəttdir. Buna görə də inanıram ki, Ukrayna xalqı təkcə davamlı dəstəyimizə deyil, həm də minnətdarlığımıza və hörmətimizə layiqdir.

Bu mübarizədə biz sona qədər sizinləyik – bütün qəlbimizlə və ruhumuzla. Və icazə verin, bir baş nazir kimi deyim: mən şəxsən sizinləyəm. Bu gün qarşımda gördüyüm yenilməz bir ölkədir. Ümid edirəm ki, baş nazir kimi bura dəfələrlə gələcəyəm. Bu mənim ilk xarici səfərimdir. Mən bunu bilərəkdən seçdim və ümid edirəm ki, bu sizə bu addımın nə qədər vacib olduğunu göstərir.”

QAZ VER, QAZ!

Yəqin ki, gələcəkdə Britaniyanın Ukraynanı bu qazlama sənəti bir nümunə kimi xüsusi dərsliklərdə öyrəniləcək.

Açıq deyir ki, Ukrayna Avropanın müdafiəçisidir. Bunu gizlətməyə də ehtiyac duymur artıq.

Siz bizim ön xəttimizsiniz, yəni bizim üçün vuruşursunuz.

Biz sona qədər sizinləyik. Diqqət yetirin: qələbəyə qədər yox! Sona qədər! Bəli, sonuncu əsgərinizədək.

Siz bizim üçün vuruşun, biz də sizə minnətdarlıq və hörmət edəcəyik.

Bütün qəlbimizlə və ruhumuzla sizinləyik! Amma canımızla yox! Axmaq deyilik ki! Can sizdən, pul bizdən. Əlbəttə, siz qırıdıqca, zülm çəkdikcə biz kədərlənirik.

Avropalı müstəmləkəçilərə görə afrikalı aborigenin xoşbəxtliyi onun ağ adama necə xidmət etməsindən asılı idi. Xidmət etməyən lazımsız canlı idi. Avropalılar hinduları məhz bu səbəbdən tam soyqırımına məruz qoydular – qürurlu hindular ağlara xidmət etmək istəmirdilər.

Börnhemin sözləri də ağ adamın Afrika aborigeninə münasibətini xatırladır, sadəcə, eyni fikir “bəzəkli” ifadələrə “bükülüb”.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Trampın İran planı və Azərbaycanın mövqeyi

redaktor

Erməni diasporuna qarşı Azərbaycanın da fəaliyyət proqramı olmalıdır

redaktor

İlham Əliyevin geosiyasi immuniteti necə yarandı? Qərb niyə susur?

redaktor