27 C
Bakı
28 Avqust 2026 11:37
CəmiyyətQalmaqalŞikayət

Azərbaycan mətbuatının halına DİQQƏT

“Azərbaycan mətbuatı (təbii ki, az qism hissəsi istisna!) məddahlığın, mütiliyin, “maraqlar diqtəsi”nin, itaətkarlığın… fonunda görün, hansı şəkildə deqradasiyaya uğrayıb ki, “Bülbüloğlu oyunları” ilə baş qatır, gün keçirdir…

Məhz bu gün mətbuatın (əslində isə mədhbuatın!) ən böyük problemi DİRİ MATREALLARı çap edə bilməyib, əvəzində kiçik “matrealların” tərkində kiçilə-kiçilə yox olmasıdır!

… Yeri gəlmişkən qeyd edim ki, bu gözəlim məmləkətdə İsanın çarmıxdakı tale(sizli)yini bu gün öz varlığında, surətində, yaşam tərzində… əks etdirən, eyni zamanda Əflatun Amaşovların, Rəşad Məcidlərin, Aynur Camalların, Mir Şahin Ağayevlərin, Vüsalə Mahirqızıların… “sehrli çubuğ”u, travmatik “dirijorluğu” sayəsində (həmçinin iştirakı ilə!) öz LEKSİK GENETİKAsını, xarakterini, mənşəyini, ilahi funksiyasını… dəyişən bu çağdaş media adının üstündə hətta bir müddət öncə bir ayrı Şura (“hökuməti”) yaradıb, mətbuata gün verməyənlər mətbuata gün ağlamaq istədi!.. Ki, bu da necə deyərlər, odu söndürüb, külü ilə oynamaqdan başqa heç nə deyildi… və ola da bilməz!

Xüsusən onu da qeyd edim ki, az öncə adlarını çəkdiyim həmin bu “mətbuata divan tutmuşlar fəsli”nin (VƏ YA “mətbuata divan tutulmasına şərait yaratmışlar karvanı”nın!) mənsublarının əhatəsində (hətta “əməyi” ilə!), eləcə də “media atrofiyası”nın var olduğu bu cameyədə, bu məmləkətdə (yaradılarsa!) indiki halda yalnız (və yalnız!) Şirməmməd Hüseynovunların məzarının bağrını çatladacaq (formalizmə söykənən!) dəbdəbəli (əslində, isə tərkibcə “maraqların” çarxına və çarmıxına xidmət edəcək!) bir Şura “yaradılar”!.. Ki, bu isə mahiyyətcə nəyi ifadə edəcək… VƏ YA nəyə, hansı amala, hansı məqsədə, kim(lər)ə “sadiq” olacaq heç şübhəsiz ki, bəlli məsələdir!:

“Pərdəarxası mənafe diktəsi” ideologiyasına!..

Bir də ki, bu mətbu mühitdə üzünü hansı tərəfə tutursan tut, gözünə bu kimi qurumlar da az görünmür! Hamısı da çatlamış divar portreti!

Məsələn, Mətbuat Şurası!

Bu illər ərzində həmin bu Mətbuat Şurası nə etdi ki(?!)… nə edir ki(?!), yeni yaradılacaq Şura (“hökuməti”) da nəsə edə bilə!

Guya, bilmirikmi, sabah deyilən o Şura(“hökuməti”) yaradılacağı halda, onun da məlum səlahiyyətləri veriləcək Rəşad Məcidlər kimi fikir, söz, düşüncə azadlığına kürək çevirmiş, demokratik meyarlara, mətbuat prinsiplərinə Nargin adasının yolunu tanıdan birisinin ixtiyarına…

Guya, bilmirikmi?!

… Sözümün bu vədəsində bir müddət öncə qələmə aldığım bir YAZI ilə fikirlərimi yekunlaşdırıram:

MƏTBUATIN “İNTİHAR ORKESTRİ”…

Son günlər ölkədə çap mediasının (qəzetin) hazırkı durumunun əksər media mənsubları tərəfindən necə deyərlər, qəzetin halına ağlamışcasına müzakirəyə çıxarılması sözün bütün mənalarında adama qəribə gəlir…

Doğrudu, qəzet (qəzetçilik) ənənələrinin varlığı qalıcılıq baxımdan daha çox güvənclidir, etibarlıdır… amma və lakin(!) bu məsələnin texniki tərəfidir.

XÜSUSƏN DƏ qəzetin durumundan söz açmazdan ÖNCƏ ölkədə mətbuatın hansı situasiyada olmasından, bir az da konkret desək, (az qism istisna!) mətbu orqanların, mətbu prinsiplərin (hətta jurnalist və jurnalistika varlığının) hansı situasiyada can çəkməsindən danışmaq lazımdır, əzizlərim…

Öz peşəsinin (və eləcə də qələminin, mövqeyinin) “onurğasını” sındırıb (və ya sındırılmasına şərait yaradıb!), o peşənin ilahi prinsiplərini “maraqlara” qurban edən (qurban etmək üçün hətta növbədə dayanan!)… və bütün bunların fonunda necə deyərlər, mətbuatın anasını ağlar qoyan bir çox əliqələmlilər indi gəlib mətbuata ağ gün axtarır.

… Az qism mətbuat nümayəndəsi və az qism mətbu orqan istisna olmaqla(!) bu gün bir dönüb (zənglərlə, xahişlərlə, yarınmağa “xidmət” edən xislətlə, eyni zamanda, “maraqların diqtəsi” ilə) anasını ağlar günə qoyduğunuz, genetikasını zədələdiyiniz (hətta dəyişdiyiniz!) mətbu orqanlara… və o orqanların fonunda öz durumunuza baxırsınızmı?

… YAXŞI XATİRİMDƏDİR, Yazıçılar Birliyinin son qurultayı məsələləri dönəmi idi. Günlərin bir günü Teleqraf.com – un əməkdaşı (daha dəqiq desək, Qurban Yaquboğlu) gedib Anardan müsahibə aldıqdan sonra Anarın həmin müsahibədəki fikirlərinə münasibətimi öyrənmək üçün mənə üz tutdu… və təbii ki, suallarını qətiyyət və ədalətlə cavabladım, münasibətimi ortaya qoydum.

Amma və lakin(!) gözəlim məmləkətin bu cənab jurnalisti (həm də intihar ipindəki prinsipləri özünə göz dağı olmuş jurnalisti!) Qurban Yaquboğlu nə desə (əslində isə nə etsə) yaxşıdır?

“Biz bu müsahibəni “yumşaq” variantda, “yumşadılmış” variantda verə bilərik” – deyib, HƏTTA ərinmədən (əslində isə öz çatlamış mövqeyindən təəssüf hissi keçirmədən!) müsahibəni necə deyərlər, “budayıb”, öz “jurnalist xarakteri”nin gününə salmışdı da!… və təbii ki, bu dəfə mənim tərəfdən həmin müsahibənin (o vəziyyətdə!) yayımlanmasına qəti razılıq verilmədi.

Baxın, həmin zaman Qurban Yaquboğlunun (media nümayəndəsi kimi) qarşımda aldığı “güllələnmiş” surəti ƏSLİNDƏ, (az qism istisna!) Azərbaycan mətbuatının, jurnalistinin və jurnalistikasının(!) hazırkı çağımıza qədər gəlib çıxan surəti idi…

… Mətbuat və jurnalist taleyinə nə oldusa elə Qurban Yaquboğlunun dediyi həmin o “yumşalmaların” fonunda, mahiyyətində, tərkibində, girdabında oldu.

… İNDİ ƏZİZLƏRİM, siz də görün, nəyi qoyub, nədən danışırsınız. Necə deyərlər, lələ köçüb, heç yurdu da qalmayıb!..

 

Emil Rasimoğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əli Zeynal və Ramil Babayev həbsxanalardakı rüşvətdən yazır: Rəislərin qanunsuz gəliri: Kars-karantin və 2/3

admin

İran böyük dəyişikliklərin astanasındadır

redaktor

Vətəndaşın nəfəsi də vergiyə düşəcək

redaktor