24 C
Bakı
16 Oktyabr 2026 13:27
CəmiyyətDin

Qüdrətin “Quran azərbaycanca oxunsun” arzusu

İki-üç gün qabaq haradansa oxudum ki, deputat, partiya sədri Qüdrət Həsənquliyev deyib ki, hüzür yerlərində Quran Azərbaycan dilində oxunsun…

Gözəl arzudur. Adama lap Mikayıl Müşfiqin “yenə o bağ olaydı” şeirini xatırladır…

Yəni  arzuya bax, ay Qüdrət…

Amma arzular şirin olsa da, reallıq tamamilə başqadır…

Mənə elə gəlir ki, Qüdrət bəyin sadəcə danışmağa sözü yoxdur və bu fikri də gündəm üçün, unudulmamaq üçün deyib…

Hüzür yerlərində və ümumiyyətlə hər yerdə Quran ayələrinin türkcə, azərbaycanca oxunması üçün hansı ənənə və hazırlıqlar var?

Qüdrət bəy özü Quranın ən qısa surələrindən birini türkcə avazla oxumağın bir örnəyini ortaya qoya bilərmi?

Ümumiyyətlə, belə bir ənənə varmı?

Vaxtilə Mustafa Kamal Atatürk də əzanın türkcə verilməsi əmrini vermişdi. Özü də Qazi Mustafa Kamal Atatürk. Dünyanın böyük sərkərdə, ulu öndər kimi kimi qəbul etdiyi Atatürk…

Amma alınmadı… Türkiyədə heç bir camidən “Ulu Tanrım!” sədaları yüksəlmədi.

Qılıncının dalı və qabağı kəsən Mircəfər Bağırov da demişi ki, “Ya rəb, baləyi-eşq ilə qıl aşina məni” yox, “Yoldaş, bəlayi-eşq ilə qıl aşina məni” olsun…

Bu da alınmadı…

Odur ki, Qüdrətin dediyi heç alınmaz. Çünki nə Atatürkdür, nə də Mircəfər…

Kim olduğunu özü də bilir, camaat da…

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Dini təxribatların qarşısını necə almalı?

redaktor