Təhsil

Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib – SİYAHI

Ölkə təhsilini bazara çevirib milyonlar qazanan bu şəxslərdir…

Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç nə yoxdur, hər kəs dostları ilə yığışıb məclis təşkil edə bilər. Gözəl nümunədir və E.Əmrullayev həmin vaxt nazir deyildi, şöbə müdiri vəzifəsində çalışırdı. Fotodakı şəxslərin içərisində dünyasını dəyişən də var, Allah rəhmət eləsin.

Amma gözəl olmayan odur ki, E.Əmrullayev nazir postuna gələn kimi bu dostlarının, qohumlarının, əsgər və sinif yoldaşlarının hamısına yüksək vəzifə verdi.

Bəs, onlar kimlərdir, Nazir maxinasiyaları kimlər əli ilə həyata keçirir, pulları kimlərin əli ilə qazanır, o, heç bir xidməti, fəaliyyəti, xüsusi istedadı olmayan kimləri milyonçuya çevirib, ən əsası, Azərbaycan təhsilini kimlərin əli ilə bazara çevirib?

E.Əmrullayevin nazirlikdəki adamlarının bir hissəsi ilə tanış olaq:

1) Nicat Zalanov – nazirin əsgər yoldaşı, Nazirliyinin Ərazi Tikinti Təhcizat İdarəsində şöbə müdiri

2) Valeh Mirzalıyev (selfini çəkən), nazirin dostu, Nazirliyinin Ərazi Tikinti Təhcizat İdarəsinin rəisi

3) Tural Ayvazlı – nazirin dostu, nazirin maliyyə məsələləri üzrə müşaviri

4) Zamiq Məmmədov – nazirin sinif yoldaşı, “İSTEAM” MMC-nin nominal direktoru. Şirkətin faktiki rəhbəri E.Əmrullayevin qaynı Nihad Həifəyevdir.

5) Elnur Əliyev – nazirin dostu, müşaviri və Təhsil İnstitutunun direktoru.

6) Anar Qarayev – bankir, Nazirliyin idarə rəisi Valeh Mirzalıyevin kürəkəni. Əsas funksiyası bu qruplaşma üçün tez bazar və uyğun şərtlərlə bankdan çoxmilyonluq kredit xətlərinin açılmasını təmin etməkdir

Məsələ bununla bitmir, siyahı çox uzundur adları çəkilən şəxslərin yaxınları, ailə üzvləri də təhsil sistemində müxtəlif vəzifələrə təyin olunublar.

Məsələn, T.Ayvazlının bacısı Xəyalə Əhmədzadə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavinidir.

Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor

Azərbaycanda qapısına qıfıl vurulan universitetlər – Niyə fəaliyyətləri dayandırılıb?

redaktor

Bakı Qızlar Universiteti rəsmən bağlandı

redaktor