Siyasət

Ermənistanda keçmiş prezident Robert Köçəryan və oğlu saxlanılıb

Ermənistanın keçmiş prezident Robert Köçəryan və oğlu Sedrak saxlanılıblar. Keçmiş prezident Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Səhər tezdən təhlükəsizlik qüvvələri onun digər oğlu, müxalifətçi millət vəkili Levon Köçəryanın evində də axtarış aparıblar.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi işin korrupsiya ilə əlaqəli olduğunu bildirib. Köçəryanın ofisi hadisəni hökumətin növbəti hücumu adlandırıb. Həbs Paşinyanın parlamentdə Levon Köçəryanla mübahisəsindən bir gün sonra baş verib. Baş nazir ailənin əmlakları qanunsuz əldə etdiyini və Köçəryanın uşaqlarına və nəvələrinə verilməməli olduğunu iddia eedərək həmin əmlakdan məhrum etməklə hədələyib.

Paşinyan əvvəllər bu əmlakı dövlətə qaytaracağını və keçmiş prezidenti 1 mart 2008-ci il hadisələrinə görə həbs edəcəyini vəd etmişdi.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Makron Rusiyanın neft, qaz və dizel yanacağına çıxışını kəsmək istəyir

redaktor

Kral Abdullah haradadır?

redaktor

Qazaxıstan (Türküstan) seçim qarşısındadır

redaktor