33 C
Bakı
24 Avqust 2026 15:20
İdman

“Hapoel” azarkeşləri durmadan Bakıya gəlir

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Berr-Şeva) matçına qonaq komandanın azarkeşləri tərəfindən də maraq böyükdür.

Bunu “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Onun sözlərinə görə, hazırda israilli azarkeşlər tərəfindən 460 bilet alınıb. Oyun saatına qədər bu rəqəmin artacağı gözlənilir.

İsrail mətbuatı isə yazır ki, xeyli “Hapoel” tərəfdarı artıq Bakıdadır və onlar durmadan Azərbaycana səfər edir. Bu gün və sabah daha çox azarkeşin gələcəyi qeyd olunub.

“Sabah” klubundan o da bildirilib ki, hazırda oyuna ümumilikdə 18 minə yaxın bilet satılıb.

Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Azərbaycan millisindən gələcək təklifə məmnun olaram” – Eren Aydın

admin

Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir

admin

“Qarabağ”ın avrokubok matçındakı qadın hakim – Emanuela Rusta kimdir?

admin