Son günlərdə Ukraynada mülki əhaliyə qarşı törədilən qanlı hücumların xronologiyası – İnsanlar necə hədəf alınır?
Ukraynada son həftələr müharibənin başlanğıcından bəri mülki şəxslər üçün ən ölümcül dövrlərdən biri kimi yadda qalır. İşğalçı Rusiya qüvvələrinin yaşayış məntəqələrinə, ticarət mərkəzlərinə və mülki infrastruktura endirdiyi kütləvi zərbələr onlarla dinc sakinin həyatına son qoyub.
Krivoy Roq hücumu (16 ölü):
Şəhərin ən böyük ticarət mərkəzlərindən biri olan “Solneçnaya qalereya” təkrar raket zərbələrinə məruz qaldı. Xilasedicilər və tibb işçiləri hadisə yerinə gələn zaman edilən ikinci zərbə nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. Aralarında uşaqların da olduğu 130-dan çox insan ağır yaralanıb.
Paytaxt Kiyevə və ətraf regionuna qarşı son illərin ən intensiv hücumlarından biri həyata keçirildi. Ballistik raketlər və dronların yaşayış binalarını, məktəb və tibb mərkəzini hədəf alması nəticəsində 16-17 nəfər həlak oldu, 40-dan çox insan yaralandı.
Rusiya qoşunlarının irimiqyaslı hücumları zamanı Kiyev vilayətinin Brovarı rayonundakı mülki obyektlər və nəqliyyat infrastrukturu hədəfə alındı. Hücum nəticəsində azı 17 dinc sakin həlak oldu, 44 nəfər xəsarət aldı. Eyni dövrdə Kramatorsk, Xerson və Zaporojyedə də ağır itkilər qeydə alındı.
BMT-nin və beynəlxalq təşkilatların hesabatları göstərir ki, mülki obyektlərin və xilasedicilərin qəsdən hədəf alınması humanitar fəlakəti daha da dərinləşdirir. Günahsız insanların həyatına son qoyan bu zorakılıq hər kəsdə dəhşət doğursa da Tramp administrasiyasının vecinə deyil. Ötən həftə Ağ Ev bəyan etdi ki, prioritetimiz arasında Ukrsynaya HHM raketləri vermək yoxdur.
