31 C
Bakı
22 Avqust 2026 13:39
DünyaSiyasət

N. Paçinyan: Kərki Ermənistan ərazisi deyil

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də keçirilən mətbuat konfransında ermənilərin Tiqranşen dediyi kəndi Azərbaycan dilində olduğu kimi Kərki adlandırıb. O, sərhədlərin delimitasiyası və Azərbaycanla Ermənistan ərazilərindəki anklavlarla bağlı danışarkən deyib ki:

“Artsvaşen Ermənistan ərazisidir,
Kərki Ermənistan ərazisi deyil,
Barxudarlı Ermənistan ərazisi deyil,
Yuxarı Əskipara Ermənistan ərazisi deyil”.
Azadlıq Radiosunun Ermənistan bürosu yazır ki, Paşinyan hazırkı və 90-cı illərin əraziləri arasında müqayisələr aparıb və bu məsələlərin Alma-Ata Bəyannaməsinə əsasən paralel həll edilməli olduğunu iddia edib.
1991-ci ildə Alma-Ata şəhərində keçmiş SSRİ-nin 9 respublikası tərəfindən imzalanan bəyanaməyə görə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyıb. Bəyannaməni Azərbaycan tərəfdən keçmiş prezident Ayaz Mütəllibov, Ermənistan tərəfdən sabiq prezident Levon Ter-Petrosyan imzalayıb.
Paşinyan mətbuat konfransında iki ölkə arasında ərazi məsələlərinin hərbi yolla həllinin mümkün olmadığını, mübadilə variantının da istisna edilmədiyini deyib.
Paşinyan bildirib ki, Artsvaşen, yəni Başkənddən olan məcburi köçkünlərlə görüşüb. Bu kənddən olan məcburi köçkünlərin bir hissəsi kəndin geri qaytarılmasını, digərləri isə ərazi mübadiləsini dəstəklədiklərini bildiriblər.

Hazırda Azərbaycan və Ermənistan anklavlarının sayı üçə birdir. Hesablamalara görə, onların əraziləri bir-birinə yaxın ölçüdədir. Başkənd təxminən 38-40 kvadrat kilometr, üç Azərbaycan anklavının sahəsi isə birlikdə təxminən 44 kvadrat kilometrdir. (Qazetçi)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Trampın İrana qarşı “ECONOMIC D-DAY”ı

redaktor

Rusiya Ukraynada soyqrım həyata keçirir, dünya susur

redaktor

Pentaqonun İran statistikası suallar yaradır

redaktor