30 C
Bakı
21 Avqust 2026 18:29
DünyaSiyasət

Türk Dövlətləri Təşkilatı (TDT) məkanında ticarət, iqtisadi əlaqələr dinamikasi necə dəyişir?

Son illər Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qurulan nəqliyyat və iqtisadi dəhlizlər Türk dünyasının xəritəsini yenidən formalaşdırır. Bu mənzərədə Azərbaycanın region ölkələri ilə iqtisadi və logistik tərəfdaşlığının mövcud göstəriciləri diqqətçəkən dinamika ortaya qoyur:

Türkiyə illik 6-7 milyard dollar ticarət həcmi ilə Azərbaycanın əsas tərəfdaşıdır. Məqsəd bu rəqəmi 15 milyard dollara çatdırmaqdır. Əsas iqtiqamət Bakı-Tbilisi-Qars, enerji və müdafiə sənayesi təşkil edir.

Özbəkistan 2025-ci ildə 795 milyon dollarlıq ticarət həcmi ilə Mərkəzi Asiyada 1-ci sıraya yüksəlib. Əsas istiqamət sənaye kooperasiyası, avtomobil istehsalı və 500 milyon dollarlıq Birgə İnvestisiya Şirkətidir.

Qazaxıstanla Azərbaycan illik 500-600 milyon dollar intervalında ticarət həcminə malikdir. Əsas oxu Bakı-Tbilisi-Ceyhan vasitəsilə xam neft tranziti və “Yaşıl Dəhliz” layihəsi təşkil edir.

Türkmənistan inkişaf etməkdə olan ticarət həcminə malikdir, (400 mlın. dollar) əsasən Xəzər dənizi üzərindən logistika və enerjidaşıyıcıların tranziti üstünlük təşkil edir.

Ən zəif ticarət Qırğızıstanladır -70 milıyon dollar civarında. İqtisadi əlaqələr əsasən Azərbaycan-Qırğız İnvestisiya Fondu və infrastruktur layihələri üzərindən inkişaf edir.
Göründüyü kimi, Özbəkistan artıq Mərkəzi Asiya regionunda Azərbaycanın 1-ci ən böyük ticarət tərəfdaşına çevrilib. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə inteqrasiyası və Xəzəraltı enerji layihələri regionda geosiyasi balansı yeniləyir.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Talibanın hakimiyyətdə 5 ili: Qələbədən təcridə gedən yol

redaktor

Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi

redaktor

Avropa Zelenskiyə kömək əlini uzadır…

redaktor