31 C
Bakı
21 Avqust 2026 14:36
DünyaSiyasət

Avropa Zelenskiyə kömək əlini uzadır…

Nəhayət, Ukraynadan qaçmaqla müharibədən canını qurtarmış ukrainlərə də növbə çatdı. İnsan hüquqları, sığınacaq təminatı yaddan çıxdı: ukrainlər ona görə qorunurdular ki, vaxtı gələndə onları da Rusiya ilə müharibəyə göndərsinlər – qoyunlar bəslənən kimi.

Sən demə, Aİ Şurası avqustun əvvəlində müvafiq qərar qəbul edibmiş. Bu haqda Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert 20 avqustda Brüsseldə brifinq zamanı bildirib:

“Müvəqqəti sığınacaq müddətinin uzadılması barədə Avropa İttifaqı Şurasının qərarı avqustun əvvəlində qüvvəyə minib. Lakin bu qərarı tətbiq edib-etməmək və müvəqqəti sığınacağa qəbul qaydalarını müəyyən etmək milli hakimiyyət orqanlarının öhdəsinə düşür. Aİ Şurasının qərarı bu məsələdə kişilər və qadınlar arasında heç bir fərq qoymur. Hərbi xidmət və ya hərbi xidməti başa vurmaq məsələsini xatırlayırsınız, ona görə də burada kişilər və qadınlar arasında heç bir fərq yoxdur.”

Bunu başa düşülən dilə “tərcümə edək”:
1. Bu ilin avqust ayından Aİ ölkələrindən müvəqqəti sığınacaq istəyən 22-60 yaşlı hər bir ukraynalı miqrasiya xidmətinə Ukraynada hərbi xidmətdən azad olduğunu təsdiq edən sənəd təqdim etməlidir.
2. Bu qayda kişilərə də, qadınlara da şamil edilir.
3.Bu qaydalar Aİ ölkələrində artıq sığınacaq almış ukraynalılara aid deyil, yalnız yeni gələnlərə aiddir.

3-cü bənd sanki vəziyyəti bir az yüngülləşdirir, çünki 4,5 milyona yaxın ukraynalı Aİ-də artıq sığınacaq alıb. Lakin bu ilk baxışdan belədir. Əgər Aİ-nin bir ölkəsində sığınacaq almış şəxs başqa ölkəsinə köçmək istəyərsə, onun sığınacaq hüququ ləğv olunur. Köçdüyü ölkə üçün o, yeni gəlmiş hesab olunur və sığınacaq almaq üçün miqrasiya xidmətinə müraciət etməlidir – təbii ki, onun Ukraynada hərbi xidmətdən “bronu” yoxdur.

Ukraynada adam çatmayanda Aİ bu prosesi kütləviləşdirəcək ki, Zelenskiyə lazımi qədər “material” verə bilsin. Necə? Məsələn, ukrainlərin ən çox sığınacaq aldığı 2-ci ölkə Polşadır. Polşada ukrainlərə qarşı münasibət pisləşməkdə davam edir. Bunu nəzərə alan ukrainlər Polşadan başqa Aİ ölkələrinə köçürlər. Məsələn, son 4-5 ayda Polşada sığınacaq alan ukraynalıların sayı 30 mindən çox azalıb.

Yəni Şərq cəbhəsinə ət lazımdırsa, Polşada millətçiləri qızışdırmaq kifayətdir. Qalanı artıq Aİ Şurasının qərarında əksini tapıb.

Qadınlar məsələsində də problemə çox uzaqgörən yanaşıblar. Hazırda Ukrayanada yalnız tibb və farmasevt təhsili olan qadınlar məcburi hərbi uçota götürülürlər. Lakin kişi çatmadığından qadınların da məcburi hərbi xidmətə çağırılması uzun müddətdir ki, TV-də və mətbuatda müzakirə mövzusuna çevrilib. Bunu kişilərin və qadınların bütün sahələrdə, o cümlədən vətənin müdafiəsində də bərabər hüquqlu və bərabər öhdəlikli olduğu ilə əsaslandırırlar. Gec-tez belə qərar qəbul edilə bilər. Aİ indidən bunu nəzərə alıb.

Ukraynada hərbi xidmətə 24 yaşdan aparırlar. Aİ isə 22 yaşdan yoxlamanı başlayıb. Niyə?

Aİ Şurasının qərarı 2028-ci ilədək qüvvədədir. Bu gün 22 yaşı olanın 2 il sonra 24 yaşı olacaq – indidən o, hərbi uçotda olmalıdır.

Adam çatmadığı üçün Ukraynada hərbi səfərbərlik yaşı 22-yə endirilə bilər. Aİ-nin qərarı göstərir ki, onlar Ukraynadan bunu tələb edirlər.

Çünki Qərbin maraqları üçün ölmək ukraynalılar üçün şərəf işidir!

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Zelenskini rədd etdi

redaktor

“Türkiyə İran deyil”: Barak Netanyahunu tənqid atəşinə tutub

redaktor

İrandan sonra “ikinci İran” olmaq avantürası

redaktor