2026-cı ilin ilk 6 ayında ölkədə 40798 uşaq doğulub. Ötən ilin eyni dövründə bu göstərici 45616 nəfər idi. Yəni cəmi bir ildə doğulanların sayı 4818 nəfər və ya 10,6% azalıb. Hər 1000 nəfərə düşən doğum sayı da 9,0-dan 8,0-a enib.
Amma məsələ sadəcə doğumların azalması deyil. Eyni dövrdə ölkədə 30625 nəfər vəfat edib. Lakin ötən ilin ilk 6 ayında ölənlərin sayı 29400 nəfər olmuşdu. Beləliklə, doğumlar 10,6% azalarkən, ölümlər 4,2% artıb. Yəni, hər 1000 nəfərrə düşən ölüm göstəricisi 5,8-dən 6,0-a yüksəlib.
Yuxarıdakı nəticə təbii artım göstəricisində daha aydın görünür.
2025-ci ilin ilk yarısında doğulanlarla ölənlər arasındakı fərq 16216 nəfər idisə, 2026-cı ilin eyni dövründə bu rəqəm 10173 nəfərə düşüb. Başqa sözlə, əhalinin təbii artımı cəmi bir ildə 37,3% azalıb.
Əlqərəz, demoqrafik dinamika ürəkaçan deyil. Doğumların azalması davamlı xarakter alarsa, bunun nəticələri uzunmüddətli perspektivdə əhalinin yaş strukturuna, əmək bazarına, pensiya sisteminə və bütövlükdə iqtisadi artım potensialına təsir göstərəcək.
Çünki, demoqrafik proseslər qısa müddətdə yaranmır və qısa müddətdə də dəyişmir. Ona görə də qeyd etdim ki, bugünkü rəqəmlərə sadəcə 2026-cı ilin ilin statistikası kimi yox, gələcək illərin sosial-iqtisadi mənzərəsini formalaşdıran göstəricilər kimi baxmaq lazımdır.
