27 C
Bakı
16 Avqust 2026 10:41
DünyaSiyasət

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

Deməli bu sümbülqıran Rusiya Dövlət Dumasının deputatı, ultra-faşist “Rodina” partiyasının sədri Aleksey Juravlyovdur. Ukraynaya qarşı işğalçı müharibənin əsas təbliğatçılarından biridir. Onun şikayəti əsasında müxalif, sülh və azadlıq şüarı ilə Dövlət Dumasına seçkilərə qatılmaq istəyən “Yabloko” partiyası prosesdən kənarlaşdırıldı. İddialardan bir də “Yapbloko”nun Ukraynadakı işğalçı müharibəni dəstəkləməməsi, yetərincə vətənpərvər olmaması idi.
Putinin bu ultra-vətənpərvəri əmlakı ilə bağlı MSK-ya verdiyi arayışda bircə  motosikletə sahib olduğunu və yeganə gəlirinin deputat maaşı olduğunu göstərib.

Rəhmətlik Aleksey Navalnının qurduğu Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) dərc etdiyi yeni təhqiqatda isə  Juravlyovun yaxınlarının və qeyri-rəsmi ailə üzvlərinin adına ümumi dəyəri yüz milyonlarla rublla ölçülən daşınmaz əmlak və dəbdəbəli avtomobillər qeydiyyata alındığı üzə çıxarılıb.
Təhqiqatçıların məlumatına görə, deputatın nikahdankənar münasibətdə olduğu və iki övladının anası Yevgeniya Şaimovanın adına Rublyovka yaxınlığında ümumi dəyəri 80 milyon rubl olan iki mənzil, işğal olunmuş Krımda (Yalta) 35 milyon rublluq ev və “Mercedes-Benz E-Class” avtomobili rəsmiləşdirilib. Heç bir yerdə işləməyən Şaimovanın və onun anasının aktivlərinin dəyəri 150 milyon rubla yaxınlaşır.

Bununla yanaşı, deputatın ayda 120 min rubl məvacib alan 37 yaşlı köməkçisi Tatyana Kaleginanın adına Krasnoqorskda 35.5 milyon rublluq mənzil və “Porsche Macan” avtomobili alınıb. Kaleginanın anasının adına isə Moskva ətrafında 50 milyon rubl dəyərində villa qeydiyyata alınıb. Deputatın keçmiş həyat yoldaşının mülkləri də nəzərə alındıqda, Juravlyovun yaxın ətrafına məxsus aktivlərin ümumi dəyərinin 200-300 milyon rubl arasında olduğu bildirilir.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Taliban Əfqanıstanı qadınlar üçün cəhənnəmə çevirib

redaktor