CəmiyyətTəhsil

Bakı Qızlar Universiteti rəsmən bağlandı

Ölkədə bağlanması vacib olanlar qaldı kənarda, bir ali təhsil ocağı və orda çalışan və şəxsən tanıdığım neçə neçə ziyalı müəllim işsiz qaldı. Tələbələrin köçürülməsi baş verəcək, əlbətdə ilk günlər psixoloji təsiri olacaq, lakin gənclər adaptasiya problemi yaşayamayacaq. Bəs orda çalışan texniki heyət? Müəllimlər ? Hamısını yerləşdirmək olacaqmı ?

Uzun zaman öyrəşdiyin bir kollektivi itirmək və əksər vaxtı işsiz qalmaq bilirsiniz nə deməkdir ? Görəsən Elm və Təhsil nazirliyi bunu başa düşür ?

İndiki zamanda ali məktəbdə müəllim vakansiyalarının azaldığı bir dövrdə orda çalışan insanların həyatı necə olacaq ?

Bəzi müəllimlər digər ali məktəblərdə dərs desələr də, aldıqları əmək haqqı ayı zorla başa vurmağa çatır. Bəs bu insanlar nə edəcək ?

Olmazdı ki, Universitetin qüsurları, ora qala qala peşəkar insanlar, elə nazirliyin özü tərəfindən zamanla aradan qaldırılsın? Orda çalışan əksər müəllimlər peşəkar insanlar idilər. Birlikdə akkreditasiya problemlərini həll etmək mümkün idi.

Heyf, bizdə ağına bozuna baxmadan silməyi, məhv etməyi asan bacarırlar. Lakin qurulan sistemi yeniləmək barədə düşünmürlər .

Hər şeyin çıxış yolu var. Əgər rəsmi qurum peşəkar adamlardan ibarətdirsə. Demək qeyri peşəkar məmurlar düzəltməyi bacarmırlar. Yaşatmaq istəmirlər..

Yaşatmaq lazımdır yaşatmaq. Yaşada bilmirsənsə getməlisən.

 

Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Cəlilabad marketlərində müəmmalı yumurta

redaktor

Təbiətin vəhdəti və ifadənin azadlığı: Bir qazinin İNTELLEKTUAL SÜRGÜNÜ

redaktor

Azad söz təhqir hüququ deyil

redaktor