Sağlamlıq

Limon şirəsi niyə böyrək daşının dərmanıdır?

Universitetdə radiologiya imtahanında mənə verilən suallardan biridir: Böyrək daşlarının neçə faizi kalsium oksalat tərkiblidir?

Doğru cavab 65-80% arasıdır. Yəni əksəriyyəti.

İnsan skeletində sümük olduğu müddətcə böyrəklərimiz həmişə kalsium ifraz edəcək. Yəni, həmişə… Bunun qarşısının ala bilmərik.

Məsələ bundadır ki, böyrəkdən kalsium heç vaxt təkbaşına atıla bilməz – mütləq hansısa turşu ilə duz əmələ gətirməlidir.

Qidamızın vacib hissəsini bitkilər təşkil etdiyi üçün yan məhsul olaraq böyrəklər çox vaxt oksalat turşusu atırlar. Oksalat gördüyümüz bütün bitkilərdə, xüsusilə çay və qəhvədə bol miqdarda var.

Kalsiumun oksalat ilə əmələ gətirdiyi duz suda həll olmur deyə, sidiyin metabolizması pozulmuş insanlarda böyrək daşı əmələ gəlir.

Mən oksalatlı qidalara məhdudiyyət qoymağı sevmirəm. Başqa yol təklif edirəm: Limon və ya qreypfrut şirəsi istifadə edin!

Sitrus meyvələri böyrəkdən bol miqdarda sitrat turşusu atırlar. Kalsiumun sitratla olan duzu isə suda həll olunur. Yəni sidiklə atılır.

Kalsium sürətlə sitrata birləşib xaric olunduğu üçün oksalata birləşəcək kalsium miqdarı azalır, nəticədə böyrək daşı əmələ gəlmə riski də aşağı düşür.

Limon şirəsini hər gün, qreypfrut şirəsini isə həftədə 5 gün istifadə edə bilərsiniz.

 

Həkim Vasif İsmayıl

Tacxeber.com

Oxşar xəbərlər

Bioloq qanı və qaraciyəri təmizləyən məhsulları açıqladı

redaktor

Sümük toxumasını yeniləyən qida müəyyən edilib

redaktor

Canan Karatay: “Bunları yeməyin, orqanizmi darmadağın edir”

redaktor