Dünya

SEPAH Hörmüz boğazından keçmək istəyən gəmiləri dayandırıb

Hörmüz boğazının təhlükəli ərazisində qaydaları pozan iki gəmi qəzaya uğrayıb və daha iki gəmi bu marşrutla hərəkəti davam etdirməkdən imtina edib.

Tacxeber.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

“Bir neçə saat əvvəl ABŞ-nin dəstəyi ilə qəsdən hərəkət edən dörd gəmi, nizamı pozmağa və təhlükəli marşrutla Hörmüz boğazından çıxmağa cəhd edərək naviqasiya sistemlərini söndürüb və nəzarət bazasının xəbərdarlıqlarına məhəl qoymayıb”, – bəyanatda qeyd olunub.

Bu gəmilərdən ikisi dayandırılıb, digər ikisi isə hərəkəti davam etdirməkdən imtina edib.

SEPAH bəyan edib ki, Hörmüz boğazına nəzarət tamamilə İranın səlahiyyətindədir və yeganə təhlükəsiz marşrut dəqiq müəyyən olunmuş yoldur: “Əvvəllər də deyildiyi kimi, icazə olmadan Hörmüz boğazından bir damla da olsun, neft-qaz keçməyəcək. ABŞ-nin təsirinə düşən və təhlükəli zonaya daxil olan gəmilər qəzaya uğrayacaq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ İrana hücum etdi, Tehran isə Amerika bazalarına hücum etdi

redaktor

Fyodorov Zelenskinin təklifini rədd edib

redaktor

Ankaradakı anti-NATO konfransı və Azərbaycanın mövqeyi

redaktor