CəmiyyətGündəmŞou

Cəmiyyət kimi kimləri ucaldırıq?

Ülvira Qarayevanın stilist Samiraldo ilə müsahibəsinə qulaq asıram.
Asmaz olaydım..

Deyir hər hansı bir obyektin, gözəllik salonunun və s. açılışı üçün 10 dəqiqəlik “Ay mənim canlarım”, “Açıldı” sözlərini deməyim üçün mənə Azərbaycanda 500 manat, Rusiyada isə 5000 dollar pul verirdilər.
“Lehlelule”, “Rakko ciko” mahnılarımı oxumaq üçün məni hətta müəllimlər, həkimlər, professorlar, generallar belə məclislərinə dəvət edirlər…
Təhsilli olmaq ziyalı olmaq deyil, ay Samir..

Gəl indi bundan sonra uşaqlara başa sal ki, alim olmaq yaxşı şeydir , alimin edəcəyi işlər savabdır, insanlar üçün faydalıdır, amma bala, alimlik elə bir zirvədir ki, yüksəkliyə qalxandan sonra yıxılmaq təhlükəsi var, ehtiyac içində yaşamaq kimi pis sonluqları ola bilər.
Çünki bu iş Samiraldonun işi kimi asan və gəlirli deyil.

Bu vəziyyətə gəlib çıxmağımızda kimdir günahkar?
Bu situasiyada ən sonuncu qınanılası adam Samiraldonun yazığın özüdür. Uşaq evində böyüyüb, fiziki və mənəvi zorakılığa (Allah bilir, bəlkə də cinsi zorakılığa da) məruz qalıb, psixologiyası pozulub, uşaqlıqdan xəstədir. Onun köməyə, yardıma ehtiyacı var. Amma necə yardıma? Beləmi?
Həmin adlarını sadaladıqları onu bəbəyimizin içinə qədər soxub, baş qəhrəmana çevriliblər.

Deyir, xəstə uşağın anası zəng edib deyir, uşağım sizin səsinizi eşitmək istəyir. Uşaq səsimi eşidəndən sonra yaxşılaşır..
Bir uşağın ümid yeri niyə o olmalıdır?
Axı o, xoşbəxt insan deyil..

Pis insanlar uşaqlıqdan onu bədbəxt edib, cəmiyyətin içinə gülüş obyekti kimi atıblar.
Yaxşı insanların missiyası onu təmənnasız çətinliklərdən qurtarmaq, aylıq ərzaq, kommunal, tibbi xərclərinə kömək etməkdir.
Gözlərindəki kədəri, canındakı yorğunluğu, ağrını hiss etməmək üçün gərək daş olasan..

 

Vəfa Kazımova

Tacxeber.com

Oxşar xəbərlər

Müdafiə Nazirliyindən kənarlaşdırılan Fyodorov hara təyin olundu?

redaktor

“400 min rubl nağd pul” – Rusiya ordusu cinayətkarları pulla cəbhəyə cəlb edir

redaktor

Almaniyada yaşayan həmvətənlimizdən ölkə rəhbərliyinə maraqlı müraciət – Preoblemə DİQQƏT

admin