Cəmiyyət

Vətəndaş gündəliyi…

Rüşvətə adi bir əxlaq pozuntusu, fərdi bir günah və ya hansısa xalqın genetik qüsuru kimi baxmaq korluqdur. Bunu …şərəfsizlik… adlandırıb kənara çəkilmək problemin mahiyyətini ört-basdır etməkdir. Rüşvət mahiyyətcə yuxarıdan aşağıya doğru xoşbəxt sərxoşluq yaradan ideoloji bir tiryəkdir. Müharibə əsrlərin damarlarına vurulan benzin kimi. Sistemi əlində saxlayanlar bu maddəni cəmiyyətin damarlarına qəsdən, şüurlu şəkildə yedizdirirlər
Bu yolla kütlələri bu …zəli düşüncəsindən… asılı vəziyyətə salıb idarə etmək.

Bu modul insanı həm rüşvətə öyrədir, həm də onu eyni anda günahkar vidinə salır. İnsan haqqı olanı tələb etmək cəsarətini itirəndə, qorxu içində hər işini pulla asanlaşdırmağa alışır. Sistem fərdi bu çirkinliyə bulaşdırır ki, sabah onun üzərində mütləq bir hökmranlıq qura bilsin. Çünki hər kəsin rüşvət zəncirində bir halqa olduğu cəmiyyətdə heç kimin mənəvi dirəniş göstərməyə, haqq tələb etməyə üzü qalmır. Axı hamı eyni dərəcədə cinayət ortağı olur.
Bu mənada, rüşvət azadlığın və ləyaqətin qatili olan mükəmməl bir idarəetmə alətidir.

Xalqı qorxaq və müti saxlamağın, onu öz hüququndan imtina etdirməyin ən sınanmış yoludur.
Pul sosial hərəkət deməkdir. Vətəndaşını mina kimi zərərsizləşdirən diktatura rejimləri, pulun adını xoşbəxtlik qoyub. Pulu müdafiyə edən, pulu qala kimi qoruyan əslində xoşbəxt olmaq inistiki kimi görünsə də, bu əslində rüşvətdir. Rüşvət vətəndaşın etiraz etmək ərazilərini havadan müdafiyə sistemləri təki qoruyur. Rüşvət qorxu və itaət üzərində qurulmuş diktatura maşınlarının ən etibarlı yanacağıdır.

Və bu yanacaq cəmiyyətin damarlarında axdıqca, insanlar sistemin onlara sırıdığı rəzaləti …həyatda qalma usulu…kimi qəbul edir və köləlik könüllü bir xarakter alır. Fərd haqqı olanı tələb etmək cəsarətini itirir və hər şeyi satın almağa alışır. Arzularını satmaq kobud əllərin cinayətidir.

Və mahiyyətcə İnsanın pulun tam hakimiyyət olduğunu anlaması bu üzdən qaynaqlanır… Və modern insan artıq pulla mənəviyyatı da almaq mümkündür ağlında yaşamağa məhkum olur. Hətta indi insanlar pullu tanrıya inanır. Pullu gerçəkliklər həqiqi xarabalıqların qatilidir.

Rüşvətin sosial tərəfi isə cəmiyyətdəki etimad mühitini darmadağın etməklə məşğuldur.. Elmə, istedada, əməyə olan inam ölür, yerini pulun mütləq və kor gücünə buraxır. Bu, rüşvəti dövlətin təməlini sarsıdan, cəmiyyəti yenidən …hamının hamıya qarşı müharibəsi… şəraitinə qaytaran mənəvi rəzalət növüdür. Çünki pul qanundan üstün olanda, özbaşınaçılıq zəhərini məmləkətin boğazına tökür…

 

Cavid Fərzəli

Tacxeber.com

Oxşar xəbərlər

Şikayət edən vətəndaş niyə həbs olunur?

redaktor

İran Günaz TV izləyicilərini cəzalandıracaq, Azərbaycan da eyni addımı atmalıdırmı?

redaktor

Hökuməti tənqid edən müəllim: “Sizi maraqlandırmır ki, bu, insan həyatıdır”

admin