DünyaSiyasət

Fyodorovu niyə vəzifədən uzaqlaşdırmağa çalışırlar?

Son 6 ay ərzində cəbhədə Ukraynanın uğurlarının bünövrəsində nələr durub? Bu suala açıq və net cavab almaq üçün Mixail Fyodorun həyata keçirtdiyi islahatlar barədə məlumatlı olmalıyıq. Fyodorov nə deyir, oxuyaq:

İlk gündən yeni satınalma sistemi tətbiq etdik. Əvvəllər Baş Qərargah hansı şirkətlərdən və hansı məhsulların alınmalı olduğunu müəyyən edirdi. Biz isə qərara gəldik ki, hər kateqoriya üzrə ən keyfiyyətli 10 şirkətdən alış edilməlidir. Buna görə də dronların 80%-i bazarın lider şirkətlərindən alınır, çünki cəbhədə çoxlu keyfiyyətsiz məhsul var idi. Qalan 20% isə açıq tenderlər vasitəsilə alınır.

İkinci addım olaraq açıq tenderlərə başladıq. Əvvəlcə 155 mm-lik artilleriya mərmilərinin alınmasını tenderə çıxardıq. Şirkətlərdən biri əvvəlcə tenderə qarşı idi, amma sonda iştirak etdi və hər mərminin qiymətini 1000 dollar aşağı saldı. Təkcə artilleriya üzrə 100 milyon dollardan çox vəsaitə qənaət etdik.

Daha sonra 160 min ədəd orta mənzilli zərbə dronunun alınması üçün tender elan etdik. Tenderdə 59 şirkət iştirak etdi. Bu, bizim rəqabət üstünlüyümüzdür. Təxminən 20-30% qənaət gözləyirik. Büdcə 20 milyard qrivnadan çox olarsa, 20%-lik qənaət çox böyük məbləğdir və bu vəsaiti başqa istiqamətlərə yönəltmək olar.

Xarici şirkətlərlə birbaşa müqavilə bağlayan bir sıra Ukrayna şirkətlərinin müqavilələrini dayandırdıq. Mən vəzifəyə gələndə belə müqavilələrdən xəbərim belə yox idi. Bəli, bununla bəzi şirkətlərin biznes strategiyasını pozduq, amma dövlət olaraq necə razı ola bilərik ki, artıq ehtiyatımız olan mərmiləri alaq, halbuki başqa növ mərmilərdə ciddi çatışmazlıq var?

Mümkün qədər çox sayda dərin zərbə dronları (deep strike) və FPV dronları üzrə tenderlər keçirməyə çalışdıq. Bu həm büdcəyə böyük qənaət edir, həm də şirkətlərə azad bazarda rəqabət aparmaq imkanı yaradır.

Əslində korrupsiya çoxdur. Müdafiə Nazirliyində elə departament rəhbərləri var idi ki, onları faktiki olaraq müəyyən özəl şirkətlər təyin etmişdi. Hətta elələri var idi ki, hüquq. Biz bu şəxsləri bir-bir vəzifədən azad etməyə başladıq.

Bir dəfə konkret bir şirkətlə birbaşa müqavilə bağlanması müzakirə olunurdu. İqtisadi Təhlükəsizlik Bürosundan (BEB) məktub daxil olmuşdu ki, həmin şirkətin mənfəət marjası 200-300% təşkil edir. Şirkət Ukraynada yaşamayan tanınmış bir şəxsə məxsus idi. Baş Qərargahla müzakirələrdən sonra həmin şirkəti siyahıdan çıxardıq. Lakin müşavirədə deyilənlərin bazarda hamıya məlum olduğu ortaya çıxdı. Biz poliqraf yoxlaması keçirdik və məlumatı sızdıran şəxsləri müəyyən etdik.

Belə hallar çox idi və biz bu sistemi kökündən dəyişməyə başladıq. Bu dəyişikliklər büdcəyə böyük qənaət gətirəcək ki, biz müharibəni davam etdirə və vəsaiti həqiqətən ehtiyac duyduğumuz istiqamətlərə yönəldə bilək.

Sitatın sonu. Məncə hər şey gün kimi aydındır.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada şok siyasi zəlzələ: Zelenskinin “Rəqib” təmizliyi

redaktor

Etnik kartı kimlər açır? – Təsadüf, yoxsa planlı ritorika…

redaktor

Zelenski Ukrayna müdafiə nazirinin vəzifəsindən azad edilməsinin səbəbini açıqladı

redaktor