27 C
Bakı
15 İyul 2026 10:30
Cəmiyyət

Həbsdə olan qazidən dəhşət doğuran müraciət

Hörmətli həmvətənlərim, hörmətli dostlar!

Bildiyiniz kimi, saxta və əsassız ittihamlarla qanunsuz olaraq artıq 1 il 4 aydır ki, Azərbaycan hökumətinin əsirliyindəyəm.
Mənə qarşı edilən işgəncələri, qeyri-insani rəftarı, hüquq pozuntularını, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində, yəni Mərkəzi Müalicə Müəssisəsində (Sentralda) müalicə almaq hüququmdan məhrum edilməyimi və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbindən özümü faktiki olaraq əsirlikdə hiss edirəm.

Belə ki, 2021-ci ildə heç bir beynəlxalq hüquqa, fundamental insan hüquqlarına və hüquq normalarına uyğun olmayan şəkildə mənə 5 illik II qrup əlillik təyin edilmişdi. Halbuki mənim bir gözüm yox, bir gözüm isə ağır yaralı, nevroloji xəstəliklərim və müxtəlif travmalarım mövcuddur.

Penitensiar Xidmətin silahlı konvoyunun müşayiəti ilə may ayının 14-də TSEK-in komissiyasından müayinədən keçmişəm. Müayinə zamanı görən gözümdə görmə qabiliyyətinin cəmi 3 faiz olduğu, həmçinin baş və bədən ağrılarımın şiddətləndiyi müəyyən edilmişdir.

Bütün bunlara baxmayaraq, Şəhidlərin Qazilərin və Veteranların hesabına ayaqda qalan Azərbaycan hökuməti məni qanunsuz həbsdə saxlamaqla, həbsxanada işgəncələr verməklə, qeyri-insani rəftar göstərməklə və çoxsaylı qanun pozuntularına yol verməklə kifayətlənməyərək, görən gözümü də kor etməkdə, qan pulumu mənimsəməkdə israrlıdır.
Əsirlikdə və ikrah vəziyyətində olmağıma baxmayaraq, mübarizə yolumdan, o cümlədən tapdalanmış təməl hüquqlarım uğrunda mübarizədən geri çəkilməyəcəyəm.

Azərbaycan hökumətinin mənə qarşı göstərdiyi düşmənçilik və ədalətsiz münasibət haqqında bu müraciəti hər yerdə paylaşmağınızı və mənə dəstək olmağınızı xahiş edirəm.

(Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Uşaqların müdafiəsi kimə həvalə olunub?

redaktor

Mətbuatı Afrikanın böyük hissəsindən geridə qalan Azərbaycan

redaktor

Raquf Orucovun haqq etdiyi ad

redaktor