26.5 C
Bakı
11 İyul 2026 00:34
DünyaSiyasət

Kreml açıqlamasında maraqlı və xeyli mühüm məqamlar var

Putinin sözçüsü Dmitri Peskov, NATO sammiti zamanı Trampın Ukraynaya Rusiya raketlərinə qarşı müdafiə silahları və digər hərbi dəstəklər verəcəyinə açıqlamasına Kremlin fikrini bildirib.

Dmitri Peskovun əsas açıqlamaları:

ABŞ-ın Ukrayna hava məkanının qorunması təmini ilə bağlı açıqlamalar bizim üçün yenidir və əlavə təhlil tələb edir.

Vaşinqton Kiyevə fəal intensiv şəkildə silah göndərməyə davam edir. Moskva bundan yaxşı xəbərdardır və heç bir müsbət illüziyası yoxdur.

Kreml ABŞ-ın Ukraynada sülh danışıqlarını asanlaşdırmaq istəyini səmimi hesab edir və onu dəstəkləyir.

Rusiya Amerikanın mövqeyindəki ikililiyi görür: bir yandan silah təchizatı, digər tərəfdən sülh prosesini irəlilətmə cəhdləri görək nə olur.

Moskva ümid edir ki, İran ətrafında vəziyyət həll edildikdən sonra Vaşinqton Ukraynadakı səylərini bərpa edəcək.

Rusiya tərəfi İran bölgəsində gərginliyin ciddi şəkildə artmasını qeydə alır.

Burada, Putinin, Kremlin fikirlərini birbaşa da ifadə edən Peskovun açıqlamasını detallı bir analiz etsək, tam 6 əsas məqam ortaya çıxır:

1. Kreml Trampın Ukraynaya hərbi dəstək kimi mövqeyindən narazıdır, lakin buna tolerant və mülayim yanaşır. (Peskov: 1-2-ci bəndi) Niyə?

2. Çünki, Kreml Trampın Ukraynada sülh ilə bağlı niyyətinə səmimi yanaşır və ondan bu məsələdə mühüm təşəbbüs, addım gözləyir. (Peskov deyən 3-4-cü bənd). Niyə?

3. Çünki, Kreml bu müharibə ilə bağlı çıxılmaz çöküş durumuna düşüb. Nə irəli, nə geri gedə bilmir. Sülhə çox ehtiyaclıdır, üzə vurmasa da. Və çıxış yolunu yalnız Trampda onun bacarığı və imkanında görür. (Peskov deyən 5-ci bənd).

4. Tramp Putinə nəinki sülhü yaratmaq, həm müharibədən sonra Rusiyanın bərk dağılmış iqtisadiyyatını da, hansı ki, çox da çətin işdir, ikitərəfli mənfəətli bərpa edəcəyini söz verib. Bəli, bu bərpasız, Rusiya savaşsız da, batar!

5 Trampla Putin arasında mütəmadi söhbət, kontaktları olur. (Tramp bunu, Ankarada, həm də Putin barəsində arxayınçılıq ilə bildirdi), Bu kontaktlar çıxılmzlığın depressiyasına düşən Putini xeyli psixoloji-mənəvi rahat və ümidli edir. Tramp Putini müntəzəm olaraq təsirində saxlayır, onun çökmüş ruhuna sanki, məlhəmli.

6. Tramp Putinin Ukrayna bataqlığı və həm iqtisadiyyat kimi çox ağır probleminin həllinə tam gücü, rahat fıkri ilə qoşulması üçün ona belə bir şəraitin vacibliyini deyib: İranla olan ABŞ probleminin həlli sonrası, rahat bir halda edə biləcək bunu. (Peskovun dediyi 6-cı bənd). Putin də, İranın başını buraxıb və Trampa: nə edirsən et bitir, keçək bizim Ukrayna, iqtisadi problemlər həllinə. (Peskov dediyi, 6-cl bənd).

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin Rusiyadan S-400-ləri kimə satdığı məlum olub

redaktor

Çin Putinə qarşı qadağa qoyub

redaktor

Ankara Sammitinin Pərdəarxası: Türkiyədən Nə İstəyirlər?

redaktor