24 C
Bakı
16 Oktyabr 2026 13:24
DünyaSiyasət

Türkiyənin Rusiyadan S-400-ləri kimə satdığı məlum olub

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini Fars körfəzi ölkəsinə satıb. Bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat verir.

Jurnalist Əbdülqədir Selvinin sözlərinə görə, alıcı BƏƏ və ya Qətər ola bilərdi, lakin hələlik sövdələşmənin rəsmi təsdiqi yoxdur.

Nəşr qeyd edir ki, Ankaranın S-400-dən imtina etməsi ABŞ-ın CAATSA sanksiyalarının ləğvinə və Türkiyənin F-35 qırıcı təyyarələri proqramına qayıtmasına yol aça bilər. ABŞ əvvəllər dəfələrlə Rusiya sistemlərinin Türkiyə ordusu tərəfindən yerləşdirilməməsini tələb edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ölkəsinin ABŞ-ın yeni nəsil F-35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağınaəminliyini bildirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor