23.4 C
Bakı
09 İyul 2026 10:30
Digər

Ankarada keçirilən NATO sammiti xeyli genişmiqyaslı açıqlamalarla başa çatdı

Ukrayna məsələsi…

Tramp Zelenski ilə görüş sonrası bildirib:

“Biz Ukraynaya Patriot raketləri istehsal etmək hüququ verəcəyik. Biz, bunu necə edəcəyimizi onlara göstərəcəyik. O zaman artıq, bizə heç kim deyə bilməyəcək ki, biz Ukraynanı kifayət qədər silahla təmin etmirik”.

Trampın sözlərinə görə, Kiyevlə münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bildirib:
“İnanmaq çətindir, Oval Ofisdə görüşümüzdən bəri Zelenski ilə münasibətlər əla olub. Bəlkə də bu, hələ yalnız başlanğıcdır”, – deyə o qeyd edib.

Rusiya məsələsi…

Rusiya haqqında danışan Tramp, Putinlə müntəzəm əlaqəyə davam etdiyini bildirib:

“O, çoxları buna inanmasa da, müharibənin bitməsini istəyir”, – deyə Amerika lideri əlavə edib ki, Moskvanın münaqişəyə son qoymaq şərtlərinin tədricən dəyişdiyinə və Ukrayna üçün daha çox əlverişli hala gəldiyinə inanır.

Zelenski Rusiyanın dəqiq şərtlərini bilmədiyini, lakin Moskvanın mövqeyinin artıq əvvəlki kimi sərt olmadığını söyləyib. Onun sözlərinə görə, həlledici amil artıq ordunun ölçüsü deyil, artıq texnoloji üstünlükdür, biz sürətli idtehsaldayıq.

NATO ölkələri liderlərinin
tam yekun bəyannaməsi…

Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi bir daha təsdiqlənib. Maddəyə əsasən, Alyansın bir üzvünə hücum hamıya hücum hesab olunur.

NATO ölkələri Ukraynaya uzunmüddətli hərbi dəstəyi bir daha təsdiqləyiblər. Sənədə görə, 2026-da müttəfiqlər Ukraynaya 70 milyard avro hərbi.yardımı və ümumi dəstəyin isə 2026-27-ci illər 140 milyard €-nu keçəcəyi qərarını veriblər.

Rusiya Avro-Atlantikanın təhlükəsizliyi üçün “uzunmüddətli təhdid” adlandırılıb. Və bundan əlavə, ölkələr müdafiə xərclərini artırmaq, silah istehsalını genişləndirməni də təsdiq ediblər.

NATO ölkələri İranın nüvə silahına malik olmasını qəti mümkünsüz bəyan edib, Tehranı Hörmüz boğazında naviqasiya azadlığını təmin etməyə təkidli çağırş ediblər.

P. S.
Qısa nəticə: Tramp heç kimə icazə verilməyən Patriot HHM istehsalını Ukraynaya verdi. Çox böyük etimad və hərbi-sənaye perspektividir!

NATO öz birlik və möhkəmliyini təsdiq etdi. Və Ukraynaya böyük yardım verilməni, Rusiyanın başlıca NATO rəqibi olmasını, İrana qarşı birlik və sərtliyi təsdiq etdi. Və bütün bu qərarların da qəbulunda (o cümlədən, Rusiya və İrana qarşı) Türkiyə də NATO ölkəsi kimi imza atmış oldu.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Türk Zəngi Dövləti pulu

redaktor

Eldar İsmayıloğlu poeziyasında psixoloji qaranlıq

redaktor

Özünə sevgini necə inkişaf etdirmək olar?

redaktor