Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” bu gün yarışda mübarizəyə başlayıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşıb. Matç “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kutaisi təmsilçisi 2025-ci ildə Gürcüstan yüksək liqasını 3-cü yerdə başa vuraraq 2026/27 mövsümü üçün KL-də oynamaq hüququ qazanıb.
8 iyul
20:00. “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan) – 3:0
Qol: Ruan Renato, 32, Davit Volkov, 47, Ruan Renato, 63-pen.
Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın KL-dəki digər təmsilçisi “Neftçi” isə yarışa ikinci təsnifat mərhələsindən başlayacaq. (Qol.az)
