Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov bu barədə məlumat verib.
“Omsk Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodudur. Zavod ən çox neft məhsulu istehsal edir. Müəssisə nəhəngdir və bir tərəfdən bütün neft emalı zavodunu tək bir hücumla tamamilə məhv etməyin mümkün olmadığı görsənir. Digər tərəfdən, hətta fəaliyyətini müvəqqəti olaraq dayandırsa belə, bu bütün Rusiya yanacaq bazarına təsir edəcək”, – deyə ekspert bildirib.
