25.9 C
Bakı
08 İyul 2026 19:32
DünyaSiyasət

İran niyə təəccüblənir? Səbəbi Xameneinin öz siyasətində axtarmaq lazımdır

İran hakimiyyətini Ermınistanda təmsil edən səfir: Xəlil Şirqolami Tehranda keçirilən Əli Xameneinin dəfn mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməməsinə rəgmən, Ermənistanın lideri Paşinyanın isə iştirakına qəribə və yersiz münasibət bildirib:

“Ölkənin hansı səviyyədə təmsil olunacağı hər bir dövlətin daxili qərarıdır. Lakin İran olaraq Ərdoğan və Əliyevin şəxsən iştirak edəcəyini gözləyirdik. Bu tədbir isə tarixi yaddaşımızda qalacaq. Mən diplomat kimi danışıram, qalan qiymətləndirməni analitiklər edəcəklər”, deyib.

Buna öz şəxsi fikir və mülahizəmi bildirim…

İran səfiri (hökuməti) zənnimcə səbəbi gərək, ali rəhbəri Xameneinin siyasətində araşdırsın. Mərhum, ali rəhbəri və İranın Elitası deyirdi ki, Azərbaycan və Türkiyə bizə İslam, din qardaşı, Ermənistan isə tarixi, milli, qan qardaşımızdır.

Xamenei özü və rejimi də Ermənistana 44 gün müharibəmizdə, hələ ondan da əvvəllər 30 ildə işğal dövründə hərbi, digər yardımlarla, ABŞ-la bu yaxında etdiyi müharibəsi zamanı, rejiminin Ermənistana deyil də, Türkiyə və Azərbaycana raket atması kimi fərqli münasibətilə özü, açıq sübut etdi ki, qan və millət, din və İslamdan da irəlidir. Fərqli də nə gözləməli idi ki, İran səfiri?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ankara Zirvəsi: NATO transatlantik birliyini gücləndirdi

redaktor

Putinin sonu yaxınlaşır? Kreml daxilində panika

redaktor

İran rejiminin, SEPAH-ın xilas Memorandumu şokda, komada…

redaktor