23.4 C
Bakı
09 İyul 2026 10:26
DünyaGündəmSiyasət

Ankarada siyasi şou: Trampın Ərdoğana verdiyi vədlər gündəm oldu

Tam bir siyasi şölən. Trampın “Ərdoğan xahiş etdi, razılaşdım” deyib, gəldiyi Ankarada çox maraqlı anlar yaşanır. O, İranla atəşkəsin bitdiyini bildirir, “Türkiyə İsrailə qarşı müharibəyə qoşulacaqdı, mən qoymadım” deyir. Ərdoğanın yanında rahat olur, gülür, başqa yerə keçən kimi üz ifadəsi dəyişir, bezmiş kimi görünür. Bir müddət əvvəl Oval Ofisdə NATO Baş katibi ilə görüşündə CNN-in Vaşinqtondakı türk müxbirinin “Akaraya hədiyyə ilə gedirsiz?” sualına cavabında Türkiyəyə qarşı sanksiyaların ləğvi və F-35-lərlə bağlı müsbət mesaj vermişdi. Ərdoğanın yanında da eyni açıqlamaları səsləndirdi və Türkiyəyə bu iki məsələnin həli sözünü verdi. Türkiyə liderinin həmin andakı reaksiyası da gündəm oldu.

Tramp Ankarada olduğu müddətdə ABŞ-ın İrana hücum etməsi və SEPAH-ın cavab zərbələrinin ardınca, ertəsi gün Ağ Ev rəhbəri atəşkəsin bitdiyini dedi. Paralel olaraq onun Türkiyəyə səfəri və burada çox yüksək səviyyədə qarşılanması İranda ciddi narazılıq doğurub. Hətta iranlı millət vəkillərindən biri Ərdoğan barəsində sərt ifadə işlədib, türk xalqına səslənərək “Tramp hazır gəlmişkən aradan götürün” çağırışı edib. Avropa liderləri ilə gərginlik yaşayan, NATO-ya mübahisəli yanaşma sərgiləyən, Netanyahu ilə hər nə qədər “birlik” müsajı versə də, enişli-çıxışlı münasibəti olan, ABŞ prezidentinin Türkiyədə yollar, binaları tərifləməsi, hər fürsəttə türk ordusunun inkişafı, yüksəlişi, Ankaranın güclənməsinə vurğu etməsi, “Ərdoğanla yaxın əlaqəm var, ona hörmət edirəm” deməsi isə təsadüfi deyil.

 

Ayşən Mustafa

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın böyük qələbəsi

redaktor

NATO Ukraynaya 140 milyard avroluq hərbi yardım paketini təsdiqlədi

redaktor

Ankarada “Böyük Sövdələşmə” və Rusiyanın Logistik Ölümü: Tramp-Zelenski Görüşünün Pərdəarxası

redaktor