Çin Yaponiyanı Avropa avtomobil bazarından sıxışdırır. Hazırda Avropanın avtomobil bazarında Yaponiyanın payı 11%, Çinin – 12%-dir.
Düzdür, bu ciddi nailiyyətdir, amma bundan da ciddi olan Çinin bu nailiyyəti hansı müddətə əldə etməsidir. 2020-ci ildə Çinin bu bazarda payı 0,1% təşkil edirdi. Başqa sözlə, Çinin Avropanın əsas sənaye sektorundakı iştirakı cəmi 6 ildə 120 dəfə artıb. Özü də harada – dünya avtomobil şirkətlərinin əksəriyyətinin yerləşdiyi Avropada!
Aydındır ki, bu templə Çin 2030-cu ilədək Avropa bazarından nəinki Yaponiyanı, elə Avropanın avtomobillərini də tam sıxışdırıb çıxaracaq.
Bunun qarşısını almaq mümkündürmü? Demək olar ki, mümkün deyil. Avropa yalnız Çin avtomobilləri satışına qadağa və ya çox yüksək gömrük tarifi qoymaqla bu aqibətdən sığortalana bilər. Bu halda da o Çin bazarını itirəcək. Yaponiya avtomobil şirkətləri üçün isə çıxış yolu görünmür.
