İran rejimi bu dəfə ən böyük məhv səhvini etdi, Memorandumu pozmaqla: və Tramp atəşkəsin İran tərəfdən pozulmasına qəzəblə cavab verdi. İnsayderə görə, növbəti dəfə tam məhv olmadır.
ABŞ-İran arası razılaşma söhbəti çıxandan, öz, təhlilli hesabıma əsaslanıb yazdım ki, istiyir nə razılıq, hətta saziş bağlasınlar, bunlar bir qədər sonra pozulub münaqişəyə, zərbələrə dönəcək.
Çünki, İran rejiminin ayətulla, yəni ki, sürüşkən, həddini aşıb ağını çıxartma təfəkkürü, sakitcə, farağat durmayıb, onlardakı o məşhur “dvijuxa” psixoloji tutması dincliyə, sazişə imkan verməz.
Bunlar mozaxistdirlər (Aşuradakı kimi özünə əzab verməkdən ləzzət almaq maniyası) sanki. O, bəzi hədsiz nadinc uşaqlar olur, zərər çıxarıb özünü döydürtməsə, əl çəkmir. Bunlarınkı, azca imkan düşən kimi “İran qalibdir, deyə “yezidləri” məhv etdik” deyə atılıb düşüb addımlar atmaq, qayıdıb zərbə alanda, “vay, kömək edin, “yezid , uşaq qatillər, Epşteynlər bizi qırır!” dır. Normal həyat tərzi yoxdu, xomeynizm ideologiyasında!
Uzağa getməyək…
Uzağa getməyib, Azərbaycanla münasibəti götürək. Ordan tarixi, din, islam qardaşı deyib, burdan da erməniyə silah ötürürdü ki, sərt qırın Azərbaycan əsgərini. ABŞ-la davada, narahat olub burdan Azərbaycan tərəfdən razılıq aldı ki, İrana qarşı heç bir, addım atmaz onun çətin anı. Ordanvda, ilk fürsətdəcə Azərbaycana raketlər atdı, böhtan və təhdidlər yağdırdı. İndi də, ABŞ ilə memorandumla, başı açılan kimi dərhal da Azərbaycandakı şəbəkələrini “nizəli atlandırıb”.
Keçək, bunların ABŞ-la
çıxılmazdakı qovğasına.
İran rejimi az öncə, durduğu yerdəcə maniakal “dvijuxası” tutaraq, təzəcə və nə çətinliklə əldə olunmuş anlaşma “Memorandumunu” pozdu. Hörmüz boğazında böyük strateji kommersiya yük gəmisinə pilotsuz təyyarələrlə hücum etdi. Silahsız, ticarət gəmisinə böyük ziyanlar vurdu.
ABŞ ordusu da məcburən, buna dəqiqliklə və xeyli artıqlaması ilə sərt cavab verdi. Amerika təyyarələri İran sahili boyunca bir çox yüksək dəyərli hədəfə sərt hücumlar etdi. Xeyli raket anbarları, pilotsuz təyyarələrin buraxılış yerləri, sahil radar stansiyalarını və sairləri məhv etdi. İran tərəf isə, əvəzində sakitcə, qaçıb gizləndi.
Vitse-prezident D. J. Vance İranın rəhbərliyini “zorakılığa sərt zorakılıqla cavab veriləcəyi” barədə xəbərdar etdi. Və bildirdi ki, belə ilkin cavab Vaşinqtonun işlətməyə hazır olduğu ən sarsıdıcı gücün hələ, yalnız kiçik bir hissəsidir.
Bununla bağlı…
Bununla bağlı, Tramp administrasiyası, həm Pentaqon (ABŞ-ın Müharibə Nazirliyi) qapıları arxasında Tehran molla rejimi üçün görünür ki, artıq, daha güclü “qasırğa” yetişir. İnsayderin mənbədən gələn xəbərlərinə görə, ABŞ hərbi, hökumət dairələrində Tramp artıq, birdəfəlik İran rejimilə oyunlara son verdiyini bəyan edib. Eləcə də “sözündən qaçan” rejimlə danışıqları tam bitirdiyini elan edib.
Mənbə bildirir ki, Trampın hazırkı təmkini sırf müvəqqətidir və daxili siyasət kimi prioritetləri və qarşıdan gələn ilkin seçki mövsümü üçün diqqət ayırma məqsədi daşıyır. Oval Ofisdən gələn mesajlar isə, tamamilə aydındır: İranla diplomatiya, anlaşma sülh danışıqları və nəsə razılaşmalar pəncərəsi artıq, əbədi bağlanıb.
Plan belədir…
Administrasiya məmuru yaxındakı indiki ilkin seçkilərin bitməsindın dərhal sonrakı çox sərt addımlar planını bildirib. Məlumat üzrə, Tramp İran rejimini təməlindən və sistematik şəkildə siləcək hərbi məhv kampaniya planlayır. Yəni, heç bir suala yol verilmir və danışıqlar üçün yer qalmır. Strategiya üzrə, standart hərbi postlara ilkin zərbələr endirmək əsla nəzərdə tutulmur;
Bunun əvəzində, ABŞ ordusu İranın çox vacib infrastrukturunu dərhal məhv etməyə, ölkə daxilindəki bütün əsas körpüləri, loqistikanı, enerji və su qurğularını tamamilə iflic etməyə hazırdır. Rejimi tamamilə qurutduqdan sonra, Amerika hərbi maşınının yekun sarsıdıcı gücü işi başa çatdırmaq üçün işə salınmalıdır. Yəni Trampın rəhbərliyi altındakı Amerika səbrinin sonunun çatdığı və həm Amerikanın gücünün mütləq olduğunu birdəfəlik sübut da etməlidir.
Sonda…
Yenə, o fikrə qayıdırıq ki, bu nadinc İran rejimi, özünü vurdurub bitirtmısə, qəti əl çəkən deyil. İnsan var ki, ölüm onu tapır, insan da var ki, o ölümü. Belə “vur ölüm!” deyib, özünü öldürdən tiplərə iş pratikamda çox rast gəlmişəm, əsas da Rusiyada. Canlı faktlarım çoxdur, bu haqda. Əl çəkməyib, insanları bezdirib, onu öldürmək həddinə çatdıran. Belə, məhvli rejimlər də, var.

