İsrail Nazirlər Kabineti 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən hadisələri qondarma “erməni soyqırımı” kimi tanıyan qətnaməni təsdiqləyib. Bu barədə bir neçə gün əvvəl təşəbbüsü irəli sürən İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
O, nazirliyin mətbuat xidməti tərəfindən yayılan videomüraciətdə bildirib: “İsrail hökuməti bu gün təqdim etdiyim qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini təsdiqləyib”.
Saar İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyinə görə təşəkkür etdi və İsrail hökumət nazirlərinin əməkdaşlığını qeyd etdi. “Mənim fikrimcə, bu gün təsdiqlədiyimiz bu qərarı qəbul etmək yəhudilər və əlbəttə ki, yəhudi xalqının dövləti olaraq bizim mənəvi borcumuzdur”, – nazir bildirib.
