İosif Stalin təyyarə ilə uçmağı, yumşaq desək, sevmirdi. Uzaq səyahətlərə də, məsələn, Potsdam konfransına, zirehli qatarla getməyə üstünlük vermişdi.
1943-cü ilin noyabrında Tehran konfransında iştirak etməyə gedəndə də Bakıya qədər qatarla gəldi. Yalnız buradan məcburiyyət üzündən Tehrana uçmalı oldu. Özü də bu zaman sovet təyyarəsinə etibar etmədi, lend-liz çərçivəsində ABŞ-dan alınmış “Douglas C-47 Skytrain” seçildi.
Konfrans bitəndən sonra da Tehrandan Bakıya təyyarə ilə qayıtdı və burada onu gözləyən qatarına minib Moskvaya getdi.
Bu, Stalinin təyyarəyə mindiyi ilk və son hal oldu.
