DünyaSiyasət

G7 Ukraynaya yardımları sürətləndirmək qərarına gəldi

İki gündür ki, medianın diqqəti Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammitinə yönəlib. Sammit bir neçə mühüm sənədin qəbulu ilə bitib.

Sənədlərin içərisində Ukraynaya güclü dəstək və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan bəyanat da vardır. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderlərinin iyunun 17-də imzalanan birgə bəyanatında Rusiyanın hərbi iqtisadiyyatına, xüsusilə də neft-qaz sektoruna qarşı təzyiqlərin kəskin şəkildə artırılacağı vurğulanıb.

Bəyanatın Ukrayna ilə bağlı hissəsində döyüş meydanındakı dinamikanın dəyişdiyi və Qərbin Kiyevə hərbi yardımları sürətləndirəcəyi ifadə olunub.
G7 liderlərinin bəyanatında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək ifadə olunub.

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Putin ağlını itirmiş ola bilər, bəs Si Cinpin necə?

redaktor

Baltikyanı ölkələr SSRİ-yə nə borcludur?

redaktor

Seuta böhranı: İspaniyanın miqrasiya siyasəti iflasa uğrayır

redaktor