26.8 C
Bakı
17 İyun 2026 16:41
DünyaSiyasət

G7 sammiti və İran düyünü: Trampın yeni strategiyası

Fransada dünyanın yeddi ən böyük potensiallı dövlətinin liderlərinin G7 sammiti keçirilib, bu barədə yığcam yazaq, bəzi maraqlı hallardan.

Evian şəhərində keçirilən bu sammitdə bu dəfə Putinin 7+1 iştirakı əvəzinə, yeddilərin razılığı Zelenski dəvət edilib. Görüşdə Ukrayna hava hücumundan müdafiə işlərinin gücləndirilməsi, onun raket təchizatı və raket, dronlar istehsalı məsələləri müzakirə edilib. Müttəfiqlər hərbi və yanacaq məsələsində Ukraynaya dəstək qərarı veriblər. Ukrayna ordusu xeyli gücləndiriləcək.

Donald Tramp sammitdə bəyan edib ki, Rusiya Ukrayna ilə “razılığa gəlməlidir”, çünki onun özü Ukraynadan da çox böyük insan itkisi verib. O, sammitdə Zelenski ilə ikitərəfli görüş keçirdiyi barədə bildirib və onunla əlavə də danışıqların planlaşdırıldığını təsdiqləyib. Tramp etiraf edib ki, son aylarda diqqətini İrana yetirmişdi. İndisə Ukraynadakı müharibəyə də son qoymaq üçün “əlindən gələn hər bir şeyi” edəcəyinə söz verir.

Açıqca görünür ki, Tramp İranla məsələdə öz ABŞ məqsəd və maraqlarına tam uyğun yolda olduğuna arxayındır. Görünür ki, istər hərbi, ya istərsə də sülh yolu, bu gedişatla ABŞ İranı öz təsiri sferasına alacaq, bu prosesin sonunda. Bunu dərin analiz edə bilən hər kəs də və İran hakimiyyətinin özü də yaxşı bilir. Baxmayaraq ki, İran hakimiyyəti xalqı, məmur, generallarını, regionda proksilərini, qonşu ölkələrdə qurduğu şəbəkələrinin xidmətçilərini ruhdan salmamaq üçün guya İran qalib oldu kimi eyforik qurama məlumatlar yayır. Real, dürüst nəticə yaxında bilinəcək ki, əslində bu saziş arxasında nə var. Unutmayaq ki, ABŞ, Tramp şeytana papış tikir.

Yaxın günlər ətraflı analizli yazacam ki, o nüvə zənginləşmiş ehtiyatının vurulub, səpələnmiş qalıqlarının geriyə yığılması üçün İrana ABŞ-ın neşə aylar, illər və nə qədər mütəxəssis, hərbi kontingent yeritməsi işləri var. O, 450 milyard investisiya qoyuluşu şərtlərində İrana ABŞ-ın xeyli nəzarətinin, şirkətlərinin daxil olması var, İran hakimiyyətinin də molla SEPAH kursunun nə dərəcədə dəyişilməsi, İranın dəyişməsi, və İranın Rusiyanın, Çinin əlindən çıxması da var.

Onu deyim ki, bu prosesin sonunda ABŞ xeyli mənfəətli, İransa qalib çıxacaq, amma SEPAH, molla rejimi yox, İranın azadlığa çıxacaq Xalqı.

İlqar  Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Türkiyədə güclü meşə yanğınları olanda Diyanət İşləri dedi ki, yanğınların sönməsi üçün topluca dua etmək əmri vermişik”.

admin

18-ci əsr İsveçində qəhvə niyə “zərərli” hesab olunurdu?

admin

Osmanlıda tapılan heykəl Fransanın Luvr muzeyində nümayiş olunur – FOTO

admin