İdmanQalmaqal

DÇ-2026-da daha bir şərhçi QALMAQALI

DÇ-2026-da dah bir qalmaqallı hadisə yaşanıb.

Bu, 1-ci turun Fransa – Seneqal matçı zamanı qeydə alınıb.
Argentinanın “DirectTV Sports” kanalının şərhçisi Fransa ilə Seneqal arasında keçirilən oyunun canlı yayımında Fransanı “Afrika ölkəsi” adlandırıb.
Şərhçi ilk hissədən sonra efirdə belə deyib: “Nyu-Cersidə ilk hissə başa çatdı, Fransa – Seneqal matçında hesab 0:0-dır, hazırda Afrika komandaları arasında görüşdə hesab bərabərdir”.

Qeyd edək ki, daha əvvəl mundialda Murat Ekrem Çimenin İran – Yeni Zelandiya oyunu zamanı etdiyi ciddi şərhçi səhvi qalmaqala səbəb olmuşdu. Belə ki, o, təxminən 4 dəqiqə ərzində İranın hücumlarını Yeni Zelandiyanın, Yeni Zelandiyanın hücumlarını isə İranın hücumları kimi təqdim etmişdi. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İngiltərə Argentinaya qarşı – DÇ-2026

admin

“Oyunu qol buraxmadan başa vurmaq daha xoş olardı” –

admin

“Niyə Azərbaycanda da çempion olmayım?” – Vernidub

admin