23.2 C
Bakı
15 İyun 2026 11:56
Dünyaİdman

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia – Pul qazanmağa hesablanıb?

DÇ-2026-nın ən çox müzakirə olunan yeniliklərindən biri matç ərzində iki dəfə tətbiq olunan su fasilələridir. Amerika idmanında adi hal sayılan bu yenilik Avropa futbol məktəbinin nümayəndəsi olan məşqçilərin narazılığına səbəb olub.

İsveç millisinin baş məşqçisi Qrem Potter bu fasilələrin oyunun gedişinə təsir göstərə biləcəyini deyir:
“Artıq demək olar ki, bu fasilələr oyunun dinamikasını dəyişir. Çünki matç iki hissə yox, sanki dörd hissə şəklində oynanılır. Bu, aydın məsələdir. Amma üstünlüyə malik olan komanda fasilədən sonra həmin üstünlüyü itirə bilər. Şikayət etmirəm. Qayda budursa, buna uyğunlaşmalıyıq”.
ABŞ millisinin baş məşqçisi Mauricio Poçettino da bu yeniliyi bəyənmədiyini gizlətməyib:
“Bu, mənim xoşuma gəlmir. Belə fasilələri yalnız hava şəraiti həqiqətən ekstremal olanda dəstəkləyirəm. Hava normaldırsa, buna ehtiyac yoxdur”.

Lakin bəzi iddialara görə, su fasilələrinin əsas məqsədi futbolçuların istirahəti deyil, reklam yayımı üçün əlavə vaxt yaratmaqdır. Jurnalist Romain Molinanın məlumatına görə, mundialın Meksika – Cənubi Afrika (2:0) açılış oyununda hakim futbolçuların oyuna qayıtmasını bir qədər gecikdirib, çünki televiziya reklam bloku hələ başa çatmayıb. Bu isə fasilələrin hava şəraitindən daha çox kommersiya məqsədlərinə xidmət etdiyi barədə fikirləri gücləndirib. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qadınlara və uşaqlara hücum edən qorxaq”. Çexiyalı nazir Putin haqqında danışır

redaktor

General Zelenskini devirmək istəyir?

admin

Zelenski: “ABŞ Ukraynanı NATO-da görmək istəmir” – VİDEO

redaktor