26.3 C
Bakı
14 İyun 2026 19:10
Tarix

Kəlbəcərdə tarixi Soyuqbulaq körpüsü

Allah şəhidlərimizə rəhmət eləsin, veteran və qaziləri, Ordumuzu qorusun

Kəlbəcər ərazisində Soyuqbulaq kəndinə aparan yeganə qədim körpü. Qeyd edim ki, bu körpünün bir tərəfi yola çıxsa da, digər tərəfi dağ yolu olan cığıra çıxır. Ensiz bir çığır olan bu yol dağların döşündə əsrarəngiz gözəlliyə malik olan kəndinə aparır.

XVIII əsrdə burda yaşayan insanların yolda yaşadıqları əziyyəti görən Kəlbəcərin sayılıb seçilən şəxslərindən olan Hacı Əhməd körpü yaratmaq və çayın üzərindən rahat gedişi təşkil etmək üçün qərarına gəlir. Qeyd edim ki, Hacı Əhməd bölgədə geniş torpaq sahələrinə, sürülərə və yaylaqlara sahib olan, sözükeçən və varlı bir şəxs olub.

Əslində Hacı Əhməd körpünü o dövrün şərtlərinə uyğun modern bir formaya salıb. Ona qədər burada daşlardan ibarət körpü olub və Səfəvilər dövrü mənbələrində tacirlərin bu ərazidən keçib getməsi barədə qeydlər var. Lakin zamanla daşqın və çayın suyunun artması insanlara çətinlik yaradırdı.

O dövr üçün təhlükəsiz, insanların çay daşqınlarının qurban olmaması və axar suların buranı dağıtmaması üçün ustalar buranı tamamilə yerli çay daşlarından və əhəng-qum məhlulundan istifadə edilərək bitağlı formada tikilmişdir. Məlumat üçün bildirim ki, Hacı Əhməd körpünü inşa etdirmək üçün Gəncə, Şuşa və ya Naxçıvan kimi mərkəzlərdən xüsusi daşyonan ustadlar və memarlar dəvət etmişdi.

Bunun üçün də tağın qövsü relyefə uyğun olaraq dik və yarımdairəvi formada tikilib. Qarabağ memarlıq məktəbinə uyğun olaraq da körpünün dayaqları hər iki sahildəki təbii qayalıqlara söykənir.

Körpü tikilərkən heç bir müasir sement materialından istifadə olunmayıb. O, tamamilə yerli çay daşları, əhəng və yumurta ağının qatıldığı xüsusi məhlulu ilə hörülmüşdür.

Bu körpü eyni zamanda dağdan arana gedən sürülər üçün xilas yolu idi. Ona qədər axar su yerli çobanlara əziyyət verirdi. Ərazidə yaşayan ailələrin ağsaqqalları növbəli şəkildə burdan keçmək üçün razılıq əldə etmiş idi..
XIX əsrin sonlarında çar Rusiyasının Qafqaz Hərbi Dairəsi tərəfindən bütöv Qarabağ və Cavanşir qəzasının verstlik xəritələrində də körpü barədə qeydlər var.

Sovet dövrü və işğal illərində körpü öz əzəmətini itirməyib. Çox heyf ki, indi bu körpünün yanında işıq dirəyi basdırılıb ki, onun tarixinə az da olsa kölgə salır. Gərək burada işıq dirəyi olmaya idi ki, turistlər gələndə onlara ətrafı rahat göstərmək mümkün olsun.

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Bodyguard əməliyyatı – Yadigar Sadıqlı

redaktor

Dünyanın Nüvə Qəzaları ilə sınaqları.

admin

U-2 casus təyyarəsi və Pauersin uçuşu.

admin