“Mehr”in yaydığı memorandumun şərtləri dünya mətbuatında geniş müzakirə olunur. Son 3 ayda azı 50 dəfə İrana qalib gəldiyini bəyan edən Tramp, həqiqətənmi, belə biabırçı memorandumla razılaşıb? Tramp artıq onu təkzib edib…
Ola bilər, Tramp memorandumun “Mehr”dəki versiyası ilə razı deyil, amma görünən budur ki, İran tərəfi yalnız həmin şərtlərlə memorandum imzalamağa hazırdır. Deməli, razılaşma olmayıb – onda belə çıxır ki, 10 iyun gecəsi Tramp İrana qarşı genişmiqyaslı əməliyyata “stop” demək üçün bəhanə axtarırmış (belə müharibə üçün resursu yoxdur axı) və, həmişəki kimi, onda da Şahbaz bəy köməyinə gəlmişdi.
“Mehr”in yazdıqlarının, həqiqətən də, İranın mövqeyini əks etdirdiyini xarici işlər naziri Abbas Əraqçinin bugünki bəyanatından görmək olar:
Hörmüz boğazı İran və Omanın suverenliyi altındadır, orada beynəlxalq sular yoxdur.
Hörmüz boğazında xidmətlər artıq pulsuz olmayacaq, ödəniş məcburidir.
Heç kim İranın və Omanın boğaz üzərindəki suverenliyini inkar edə bilməz.
Müqavilə çərçivəsinə müharibəyə son qoymaq İsrailin Livanın cənubundakı işğal ərazilərindən çıxması deməkdir.
ABŞ-ın nüvə tələbləri hazırkı mərhələdə bizim üçün tamamilə qəbuledilməzdir.
Biz ABŞ-da öhdəliklərini yerinə yetirməyən insanlarla işləyirik.
Bu yalnız birinci addım, birinci mərhələdir, yekun razılaşma hələ yoxdur.
Birinci mərhələnin razılaşmaları yerinə yetirilməsə, biz ikinci mərhələyə keçməyəcəyik.
Razılaşmanı həyata keçirərkən digər tərəfdən müxtəlif problemlər və çətinliklər gözləməliyik.
Memoranduma əsasən, İranın dondurulmuş aktivləri açılacaq.
Heç bir aktivimizin yenidən dondurulmasına imkan verilməyəcək.
İrana vurulmuş ziyanın ödənilməsi üçün bərpa planı nəzərdə tutulub.
Daha bundan da aydın danışmaq mümkün deyildi. Görək, Tramp indi nə uyduracaq.
