16 C
Bakı
30 Oktyabr 2026 06:27
DünyaGündəmSiyasət

Ukrayna yaxın gələcəkdə Krımı təcrid etməyə hazırlaşır, – Madyar

Pilotsuz Sistem Qüvvələrinin komandiri Robert Brovdi Reuters agentliyinə bildirib ki, Ukraynanın hava hücumu kampaniyası artıq cənubdakı Rusiya logistikasını ciddi şəkildə pozub.

Son bir ay ərzində Rostov-Mariupol-Melitopol-Krım magistral yolunda nəqliyyatın hərəkəti üçdə ikisindən çox azalıb. Təchizat problemləri səbəbindən Krımın işğal hakimiyyəti artıq yanacaq satışına ciddi məhdudiyyətlər tətbiq edib.

Madyar hesab edir ki, növbəti bir ay ərzində Ukrayna dronlardan istifadə edərək bu marşrutu tam nəzarətdə saxlaya biləcək. Onun sözlərinə görə, məqsəd Rusiya hərbi və müdafiə sənayesi işçilərinin Krımda olmasını mümkün qədər çətinləşdirməkdir.

Əslində, Ukrayna işğalçının pəncərəsini deyil, onun can damarını – yanacaq, təchizat və yolları – hədəfləyir, bunlar olmadan Krım Rusiya üçün bahalı və əlverişsiz bir adaya çevrilir.

 

Sədrəddin Əhmədov

Tacxeber.com

Oxşar xəbərlər

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor