16 C
Bakı
29 Oktyabr 2026 22:50
DünyaSiyasət

Netanyahu: “Mən baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq”

İsrailin Baş naziri Binyamin Netanyahu vəzifədə olduğu müddətdə İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bildirib.

“Mən İsrailin Baş naziri olduğum müddətcə İranın nüvə silahı olmayacaq. Prezident Trampla mən bu məsələdə tam razıyıq”, – deyə o vurğulayıb.

Netanyahu 30 ildən çoxdur ki, İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin ön sıralarında olduğunu və Tehranın nüvə silahı əldə etməsinə mane olanın məhz bu olduğunu düşündüyünü bildirib.

O, həmçinin İranın İsraili məhv etməyə çalışdığını bildirib və siyasi karyerasını bunun qarşısını almağa həsr etdiyini əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor

Netanyahudan dünyaya demokratiya dərsi

redaktor