25.4 C
Bakı
10 İyun 2026 22:50
DünyaSiyasət

Rusiya-Ukrayna savaşında həlledici mərhələ

Rusiya-Ukrayna müharibəsi öz həlledici  kulminasiya mərhələsinə daxil olur. Baş verənlər barədə obyektiv təsvir yaratmaq üçün hər iki tərəfin informasiya məkanına aid resurslardan bəzi fraqmentlərlə tanış olmağımız vacibdir. Oxuyaq.

Ukrayna(“Bahmut iblisi” telegram kanalı):

Hazırda müharibənin ilk günündən bəri logistika uğrunda savaşın ən intensiv mərhələsi başlayıb. Biz Rusiyanın logistikasını vururuq, kəsirik onlar isə bizimkini vurmağa çalışırlar. Bu mübarizənin ön xəttində həm uzaqmənzilli zərbə dronları, həm orta məsafəli dronlar, həm də adi müşahidəçi dronlar və FPV-lər dayanır.

Hazırda üstünlük bizdədir. Rusiyanın çox ağır və çevik olmayan hərbi sistemi var. Cəbhədə onların bəzi hərbçiləri meşə zolaqlarında ərzaqsız və sursatsız qalır, geri çəkilmək imkanları olmur, texnikalarında yanacaq çatışmır. Krımda da yanacaqla bağlı ciddi problemlər yaşanır və bunlar artıq Rusiyanın öz ərazisinə də yayılır.

Onlar Pavloqraddan gələn yolları və bəzi hallarda Xarkov istiqamətini vurmağa çalışırlar, amma bizim tempimizə çata bilmirlər.
Müharibənin necə başa çatacağı məhz bu logistika savaşının nəticəsindən asılı olacaq. Hətta Rusiyanın nə qədər əlavə insan qüvvəsi cəlb etməsindən də çox, logistikanın vəziyyəti həlledici rol oynayacaq.

Rusiya(“hərbi rezerv” telegram kanalı):

Təchizatla bağlı vəziyyət yuxarıya məruzə ediləndən daha pis görünür. Dəmir yolu bərələri zərbələrdən sonra işləmir, avtomobil bərəsi isə bir neçə günlük növbələrlə fəaliyyət göstərir. Yük maşınlarının körpüdən keçməsinə icazə verilmir, körpünün dəmir yolu hissəsi ilə yanacaq daşınması da hücum riski səbəbindən dayandırılıb. Yanacaq daşıyan maşınlar günlərlə keçid məntəqəsində gözləyir və bu, onları özlüyündə rahat hədəfə çevirir.

Bununla paralel olaraq lokomotivlərə və qatarlara zərbələr endirilməyə başlanıb. Əgər Kiyev bunu müntəzəm praktikaya çevirsə, Krımda təkcə yanacaq deyil, adi təchizatın da bir hissəsi sıradan çıxacaq. Boş rəflərlə bağlı şikayətlər artıq Sevastopoldan və digər şəhərlərdən gəlir. Üstəlik, ilk zərurət məhsullarında qıtlıq yaranır ki, bu da həmin məhsulları toplu şəkildə alıb bazarda böyük qiymət artımı ilə satan möhtəkirlərin əvvəlcədən planlaşdırılmış fəaliyyəti ola bilər.

Təhlükəsizlik Şurasında indi təkcə təchizat deyil, siyasi nəticələr də müzakirə olunur. Əgər Ukrayna Krıma təzyiqi davam etdirə bilsə, yarımada gələcək danışıqlarda Kiyevin əsas arqumentinə çevrilə bilər və bunun qarşısını istənilən vasitə ilə almaq lazım gələcək.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Türkmənistan ilk quru yük gəmisini inşa edir

redaktor

Rusiya daha bir general itirib.

admin

Şotlandiya yenidən referendum istəyir: Reallıqlar və Risklər

redaktor