24.5 C
Bakı
09 İyun 2026 17:42
DünyaSiyasət

Tehrandakı izləmələr, Moskvada da varmış

İranpn lideri Əli Xameneinin iqamətgahı içində vurulub öldürülməsi Putini, Kremli gözlənilməz bir müdhiş şoka saldı. Əvvəla, İranın ən yüksək səviyyədə qorunan dövlət rəhbərini ən də qapalı yerdə ayırd edib vurmaq kimi, Rusiyanınkından üstün Qərbin kəşfiyyat imkaları, texnologiya və silahının olması. İkinci, vacibi də bu imkandan Rusiyaya da qarşı istifadə edilə bilmə təhlükəsi barədə dərk. Şokdan ayıla bilmirdilər, neçə gün.

Ayılandan sonra isə, Kreml dərhal bu yön ciddi təhlükəsizlik işlərinə başladı. Və dərhal, Rusiya Putini və yaxın ətrafını qoruyan nəzarət və həm də tam müşahidə sistemini müvəqqəti bağladı.

Təfərrüatlara, detallara varaq.

Söhbət nədən gedir? Video nəzarət sistemi ilə, Moskva sakinlərini izləyən və dövlət elitasının bütün keçdiyi avtoyollrı müşahidə və nəzarətdə saxlayan, təxminən, 300.000 video kameradan gedir, söhbət. Bu böyük set-sistem, internetdən təcrid edilməklə, mütəxəssislər tərəfindən tam yoxlamalardan sonra, yenidən aktivləşdirilib.

Həmin sistemin bağlanış, təcridinin səbəbi nə idi? Səbəbi, süni intellektin kəşfiyyatdakı yeni imkanları ilə bağlı qorxu və xeyli narahatlıqlar idi. Bu narahatlıqlar əsas, İsrailin Ali Lideri Əli Xameneiyə hücumna, ABŞ.mütəxəssislərinin köməyi ilə İran yol hərəkət kameralarından da istifadə etməsi idi. Yəni bütün bu kameralara haker girişi ilə məlumatın mərkəzə çatdmrası.

Bildirilir ki, Kreml ətrafı, Moskvadakı kameralar hələ də həssasdır və müntəzəm halda Ukrayna hakerlərinin hücumuna, “mərkəzlərö” ötermə ilə istifadəyə məruz qalırlar. Görünür, Ukraynanın böyük, 200 min miqdar kamera məlumatllarını təhlil etmək resurs, imkanlarına hissəvi maliik ola bilir və ona Qərbdən bu işdə köməklik edilir.

ABŞ-da və Böyük Britaniyada belə, çox yüksək imkanlar və vasitələr var təbii ki. Qeyd edilir ki, bu ölkələr bu yüksək texnoloji vasitələrlə həm, Ukraynanın Silahlı Qüvvələrinə hücumlar, dəqiq məlumatlar təqdim edirlər. Və həm də kəşfiyyat dronlarından Rusiya hədəflərinin yüksək dəqiq və keyfiyyətli vurulmasında, onlara xüsusi vacib görüntülər də təqdim ediblər.

Xülasə…

Görünür ki, Rusiya hakimiyyəti Putinin şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıq yaşayır. Yəni, belə ki, Qərbin köməyi ilə, ya öz imkanı iləmi, görünür, Ukrayna xüsusi xidmətləri Rusiyada, Moskvadakı yol hərəkəti kameralarına çıxışlar əldə etmişıər. Bundan əlavə, Kiyev Moskvanın mərkəzində yüksək vəzifəli hərbi məmurlara olan məlum sui-qəsdlər təşkilində sputnik və mobil telefon geolokasiyaslndan istifadə edib.

Bundan əlavə, kəşfiyyat hesabatı üzrə, Kreml mümkün çevrilişlə narahatlıqları səbəbindən son vaxtlar Rusiya prezidenti Vladimir Putinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Biz də, təəccüb edirdik ki, niyə Putin Pekinə bu qədər uzun, bronemaşın və təcili tibbi yardımlı korteji və göydə hərbi helikopterlərin müşaiyəti ilə şəhər içində hərəkət edir. Nə etsin bəs, azmı düşməni var, ya azmı yaradıb özünə bu illərdə?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Trampa qarşı impiçment prosesini başladacaq

redaktor

Bu primitiv addımları atsaq həm ət, həm də süd məhsullarına olan tələbatımız qarşılanacaq.

admin

Kılıçdaroğlu Azərbaycanla bağlı yaydığı rüsvayçı xəritədən danışdı – İLK DƏFƏ / VİDEO

redaktor