19.3 C
Bakı
03 İyun 2026 23:00
DünyaSiyasət

Tramp Netanyahuya hirslənib

İsrailin Livanda atəşkəsi pozmasına görə Trampla Netanyahu arasında telefon söyüşməsindən sonra konqresmen Tomas Massi “İsrail müstəqil hərəkət edir”, “ABŞ İsrailə nəzarət edə bilmir”, “Tel-Əviv Vaşinqtondan asılı deyil” kimi nağıllar danışanlara xitabən deyib:

“İsrailə yardımı bir ay müddətinə saxlayın və onlar qonşularını bombalamağı dayandıracaqlar.”

ABŞ-ın İsrailə maliyyə yardımı demək olar ki, tamamilə hərbi yardımdan ibarətdir. Bu yardımın aşağıdakılardan ibarətdir:

İki ölkə arasında mövcud olan 10 illik (2019-2028) Anlaşma Memorandumuna əsasən, ABŞ İsrailə hər il sabit olaraq $3,8 milyard təhlükəsizlik yardımı ayırır. O cümlədən:

Xarici Hərbi Maliyyələşdirmə (FMF) – illik $3,3 milyard. Bu vəsait İsrailə ABŞ-dan müasir silahlar, hərbi texnika və sursat (məsələn, F-35 qırıcıları) almaq üçün qrant şəklində verilir.

Müştərək Raket Əleyhinə Müdafiə Proqramları – illik $0,5 milyard. İsrailin hava məkanını qoruyan “Iron Dome”, “David’s Sling” və “Arrow” raketdən müdafiə sistemlərinin birgə tədqiqatı, təkmilləşdirilməsi və istehsalı üçün ayrılır.

Fövqəladə və Əlavə Dəstək Paketləri – münaqişə və böhran dövrlərində ABŞ Konqresi illik $3,8 milyardlıq baza büdcədən əlavə milyardlarla dollarlıq təcili hərbi yardım paketləri təsdiqləyir. Məsələn, 2023-cü il oktyabr hadisəsindən sonra İsrailin sursat ehtiyatlarını artırmaq və HHM-ni gücləndirmək üçün ABŞ əlavə olaraq on milyardlarla dollar vəsait ayırmışdır.

Digər hərbi-texniki əməkdaşlıqlar – ABŞ İsrail ilə yeraltı tunellərin aşkarlanması (anti-tunneling), pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemləri və yeni nəsil müdafiə texnologiyalarının yaradılması üçün hər il on milyonlarla dollar səviyyəsində müştərək maliyyələşdirmə həyata keçirir.

Qeyri-hərbi və humanitar yardımlar – bunların büdcəsi nisbətən kiçik olur.

ABŞ həmçinin İsrailə maliyyə bazarlarında borclanmanı asanlaşdırmaq üçün milyardlarla dollarlıq kredit zəmanətləri də təqdim edir.

Beləliklə, İsrailin bombalarını, raketlərini, digər sursatlarını, təyyarələrini, yanacağını, hərbi infrastrukturunu və sairi ABŞ maliyyələşdirir.

Sonra da ABŞ siyasətçiləri özlərini elə aparırlar ki, guya bütün vəhşilikləri İsrail özbaşına edir və ABŞ-ın ona təsir etmək imkanı yoxdur.

İsrailə yardımın əleyhinə olduğu üçün respublikaçı Tomas Massinin bu ilin noyabrında Konqresə aralıq seçkilərdə namizədliyinin əleyhinə Tramp və yəhudi lobbisi mütəşəkkil qaydada çıxış etdilər, AIPAC rekord məbləğdə pul xərclədi və Massi praymerizdə “uduzdu”.

İndinin özündə də Tramp Netanyahuya hirslənib, amma ABŞ-ın İsrailə hərbi yardımı axmaqda davam edir.

 

The Show Must Go On!

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkələrdən çağırış: İran dünya üçün təhlükədir

redaktor

İtaliyalı azarkeşlərdən İsrail himninə qəribə etiraz

admin

İmamoğlu və 91 şübhəli Ədliyyə Sarayına gətirilib

redaktor