20.3 C
Bakı
03 İyun 2026 13:30
DünyaSiyasət

Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq ehtimalı çox aşağıdır

Bizim bəzi politoloqlar Ermənistanda iyun ayının 7-də keçirilən parlament seçkisindən sonra ciddi toqquşmaların baş verməsi ehtimalından danışırlar. Şübhəsiz ki, burada Rusiya faktorunun önəmli rol oynaması istisna olunmur.

Qərbi Azərbaycanda orta məktəbi bitirdiyimdən bizə erməni dili dərsi də keçirdilər. Bu dili pis öyrənməmişəm və Ermənistanda namizədlərin seçki marafonunu xeyli müddətdir ki, izləyirəm.

Gəldiyim qənaət;

Bu ölkədə insanları vətəndaş müharibəsinə sürükləyən impuls yoxdur;

Müharibə tərəfdarı ekstremist ünsürlərin bir qismi ölüb, yerdə qalanlar isə susqunluq nümayiş etdirirlər;

Koçaryanın görüşlərində onun pessimist durumda olması açıq-aşkar hiss olunur, əhali onu dəstəkləmir;

Erməni xalıqı qısa zaman kəsiyində sülhü dəstəkləmək zorunda qalıb və adaptasiya hiss olunur;

Koçaryanın təhtəlşüurundan vaxtilə hiyləgərcəsinə istifadə etdiyi Qarabağ  faktoru silinməyib. Hegelin məşhur sözü ilə ifadə etsəm, onun şüuru bədbəxtçilikdən xilas olmayıb. Və bu seçki onu tarixin zibilliyə atacaq.

Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq ehtimalı çox aşağıdır; bu tendensiyada səbəb -nəticə əlaqələri açıq-aşkar hiss olunur;

Z nəslinin siyasi proseslərə marağı demək olar ki, yoxdur. Onlar üçün “müharibə” tamailə yad anlayışdır. Orta və yaşlı nəsil isə sələflərindən ibratəmiz dərslər alıblar.

Koçaryanın sosial şəbəkələrdə və televiziyalarda izləyiciləri Paşinyandan 50-100 dəfə azdır;

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Sülhün əldə olunması istiqamətində apardıqları uğurlu danışıqlar və nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına birgə layiq görülmələri regionda yüksək səviyyədə qarşılıqlı anlaşmanın əldə olunmasına sübutdur.
Və dünyanın aparıcı dövlətlərinin bu prosesə dəstəyi açıq- aşkar hiss olunur.

 

Etibar Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə mühəndislərindən müdhiş YENİLİK: Yerli radar sistemləri bütün hava məkanını 24 saat izləyəcək

redaktor

Ceyhun Bayramovdan İranda saxlanılan tələbə ilə bağlı açıqlama

redaktor

Ukrayna sanki nəyəsə hazırlaşır.

admin