İlham Əliyev hesab edir ki, Paşinyan seçkidə qalib gələcək və Rusiya-Ermənistan (iqtisadi) münasibətləri gərginləşəcək. Bu iqtisadi münasibətlərin bazasını kənd təsərrüfatı təşkil etdiyi üçün, İlham Əliyev də bu boşluğu doldurmağı güman edir. Ona görə bir birə yadına kənd təsərrüfatı ilə bağlı problemlər düşdü və bu problemləri aradan qaldırmağın yollarına dair tapşırıqlar verdi.
Avtoritar idareətmənin əsl mahiyyəti budur: xaricdəkilərə daha çox yararlana bilmək üçün daxildəki siyasəti nizamlamaq. Avtoritar liderlərin toxunulmazlığı xaricdəkilərə lazım olmaqları ilə ölçülür. Rusiya, ABŞ, Avropa, Çin, bunları nə qədər məmnun edə bilsən, o qədər daha çox hakimiyyətdə qala bilərsən. Amma onların səni ciddiyə alması üçün bütün güc sənin əlində cəmləşməli, xalq, qul kimi, sənin dediyin ilə oturub durmalıdır.
Məsələn, Rusiya Orbana güvənərək, çox şeylər edə bilirdi. Amma xalq ayağa qalxdı, xalqı istismar edən Orbanı atdı tarixin zibilliyinə. Siyasi hakimiyyət ya asılı olduğu xalqa xidmət edər (Avropanın bir çox ölkəliri), ya varlı elitaya (ABŞ), ya da konkret 1 ailəyə (Azərbaycan və Rusiya kimi).
