Cəmiyyət

Uşaq pulu xalqdan çox dövlətin öz marağı üçün lazımdır

Bizim hökumətə güvənimiz olmadığı kimi, hökumətin də özünə güvəni yoxdur. Hardasa tikinti, layihə, böyük pul varsa hamı bilir ki, orada yeyinti olacaq.

Qarabağda tikinti başlayanda hamı bilirdi ki, işlər şəffaf getməyəcək. Buna görə də Səidə Bəkirqızı kimi adamları qabağa verdilər. Məqsəd o idi ki, Qarabağlılar nə qədər gözdən salınsa, aşağılanıb “nankor” kimi göstərilsə, səsləri də bir o qədər zəifləyəcək.

Səidə danışdı, trollar da videolarını gündəmdə saxladı. Ölkədə qaçqınlara qarşı onsuz da müəyyən narazılıq var idi, bu da zamanla nifrətə çevrildi.

Beləcə Qarabağa köçən biri “mənə verilən ev uçur” deyəndə insanlar “Şükür elə nankor, pulsuz ev veriblər” yazdı. Kəndimiz səhv yerdə salınıb sel aparır deyənə “Kəs səsini şikayət də edir” reaksiyası gəldi.

Nəticədə insanların yaşadığı real problemlər arxa planda qaldı. Səidənin yaratdığı aqressiya isə hər şeyi kölgədə qoydu.

Bu haqda keçən il də yazmışdım. İndidən deyim, mənə o dəfəki kimi “yerlibaz” zad yazmayın. Qarabağlı nə qohmum, nə dostum var. Nə görürəm onu yazıram.

İndi də eyni üsulu uşaq pulu mövzusundadlr. Səidə kimilərini qabağa verirlər ki, uşaq pulu istəyənləri təhqir etsinlər, onlara “Fahişə” deyib gözdən salsınlar. Elə bir mühit yaransın ki, uşaq puluna ehtiyacı olmayanlar, uşaq pulu istəyənlərə yuxarıdan aşağı baxsın. ” Əəəə Səidə demiş yeri get işlə uşağını saxla” desin.

Uşaq pulu xalqdan çox dövlətin öz marağı üçün lazımdır. Avropanın bugünkü vəziyyəti göz qabağındadır. 70-ci illərdə problemə ciddi yanaşmadılar, “narahatlıq yoxdur” dedilər. 90-cı illərdə isə demoqrafik böhrana girib uşaq puluna başladılar. İndi nə qədər pul versələr də, doğum artmır. İnsanlar uşaqsız həyata, it-pişiklə yaşamağa öyrəşib. Dövlətlər də miqrantlara möhtac qalıb, hər kaprizlərinə dözürlər.

Bu gün uşaq böyütmək əvvəlki dövr kimi deyil. Sovetin vurma cədvəli dövrü bitib. İndi uşaqlar süni intellektlə rəqabət aparacaqsa, daha keyfiyyətli təhsil almalıdır, kurslara getməlidir. Xəstəliklər, viruslar dəyişib, uşaqlar daha sağlam qidalanmalıdır. Meyvə, tərəvəz, ət və müxtəlif vitaminlər Azərbaycan maaşı üçün çox bahadır.

Uşaq pulu sadəcə sosial yardım deyil. Bu, dövlətin gələcəyə investisiyasıdır. Dövlət bu gün doğulan uşağa pul qoymalıdır ki, sabah daha sağlam, daha savadlı, daha keyfiyyətli vətəndaşın vergisindən qazansın, verdiyini artıqlaması ilə geri alsın.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Əməkdar artistdən İRAD: “Analar qızlarının evini yıxırlar” – VİDEO

redaktor

Sığınacağa yerləşdirilən azyaşlı qız vəfat etdi

admin

Sevinc Vaqifqızı: Biz yalanlarını üzə çıxarmış jurnalistlərik.

admin