Dünya

Türk dilləri müstəqil dil ailəsidir, yoxsa dil qrupudur?

Müasir akademik dilçilikdə dünya dilləri onların genetik mənşəyinə (ortaq pra-dildən törəməsinə) görə ailələrə bölünür. Bu gün dünyada 140-dan çox dil ailəsi müəyyən edilib, lakin onlardan bəziləri həm danışanların sayına, həm də yayılma coğrafiyasına görə qlobal elmdə əsas fundamental ailələr kimi qəbul olunur.

Müasir dilçilik elminin qəbul etdiyi fundamental konsensusa görə, türk dilləri birliyi müstəqil bir dil ailəsidir. “Encyclopædia Britannica” və aparıcı dilçilik platformaları türk dillərinin ortaq bir pra-dildən (Proto-Turkic) törədiyini və tam müstəqil bir ailə olduğunu təsdiqləyir.

Türk dil ailəsinin tərkibində 6 qrup seçilir:
1) Oğuz (türk, Azərbaycan, türkman, türkmən, qaqauz, salar, Xarəzm, Xorasan, qaşqay, aynallu, əfşar və s.),
2) Qıpçaq (qaraçay-balkar, krım-tatar, karaim, krımçak, kumık, tatar, başqırd, qazax, qırğız, qaraqalpaq, noqay),
3) Karluk (özbək, uyğur, İli),
4) Sibir (saxa, dolqan, tuva, xakas, Altay, şor, çulım, tofa),
5) Bulqar/Oqur (çuvaş) və
6) Arqu (xələc).

Makroailə səviyyəsində isə Altay nəzəriyyəsini Trans-Avrasiya nəzəriyyəsi əvəz edib: əgər birinci makroailəyə Türk, Monqol və Tunqus-Mancur ailələri daxil idisə, genişləndirilmiş versiyada Koreya və Yapon-Ryukyu ailələri əlavə edildi.

Bəs bizim dərsliklərdə türk dilləri ailədir, yoxsa qrupdur?

 

Fuad Quliyev

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya iqtisadiiyatı sürətlə eniş edir.

redaktor

2024-də COVID-19 TƏHLÜKƏSİ: Bəşəriyyət hazır olmalıdır

redaktor

İran Rusiyadan 48 ədəd Su-35 qırıcısı almağa hazırlaşır – Newsweek

redaktor