Cəmiyyət

Qazi: “Gözüm şişmişdi, Adil Əliyev bildirdi ki, quru çayı gözünün üstünə qoy, şişi çəkir…”

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin Hövsan qəsəbəsində yerləşən 118 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbul zamanı qazi Vətən Cəfərliyə dediyi ifadələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tacxeber.com xəbər verir ki, yayılan videogörüntülərdə icra başçısının “Qaziyə yaşıl çay verin içsin, sonra paketi də gözünün üstünə qoysun, keçib gedəcək” deməsi istifadəçilər tərəfindən tənqid edilib.

Məsələ ilə bağlı icra başçısına yaxın şəxslər, eyni zamanda qazi Vətən Cəfərli sözügedən ifadələrin zarafat xarakterli olduğunu bildiriblər.

Vətən Cəfərli yayılan görüntülərin həqiqəti əks etdirmədiyini qeyd edib: “Səhhətimlə bağlı problemi cənab icra başçısı Adil Əliyevə müraciət etdim. A.Əliyev mənə bildirdi ki, əziyyət çəkdiyin problemi qaydasına qoyacağıq. Mənim bir gözümdə digəri ilə müqayisədə kiçilmə var, bir az da şişmişdi. Cənab başçı səbəbini soruşdu, bildirdim ki, soyuqlamadan bu haldadı. O da təbii məlhəm olaraq bildirdi ki, quru çayı gözünün üstünə qoy, şişi çəkir. Bu video isə belə səsli formada paylaşıldı. Videonu social şəbəkə platformalarında tam ayrı şəkildə insanlara çatdırılıb. Cənab başçı Adil Əliyev hər zaman müharibədən öncə və sonra da şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilmiş Azərbaycan oğludur. Hər zaman çalışıb ki, xalqın, millətin çəkdiyi problemləri aradan qaldırsın”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Laçında kinostudiya fəaliyyətə başlayır – VİDEO

redaktor

Hicablı müəllimləri imtahandan qəsdən kəsiblər? – Açıqlama

redaktor

Fatimə Mövlamlı: “Qara maskalı polislər qoluma qandal vuranda gülürdüm”

admin