DünyaSiyasət

“Donald Tramp”, necə deyərlər, yağışdan çıxıb, yağmura düşdü

Banqladeşdə sarışın kəkilinə görə “Donald Tramp” ləğəbi almış nadir albinos camış dünya sosial şəbəkələrində məşhurlaşandan sonra satılmışdı. Yeni sahibi onu Qurban bayramında kəsməyi planlaşdırmışdı. Əhali kütləvi şəkildə camışın yanına axışır, onunla şelfi çəkir və kəsilmə anını müşahidə etməyə toplaşırdı – camışın ətrafında izdiham yaranmışdı. Hökumət həm təhlükəsizlik səbəbindən, həm də siyasi qalmaqal baş verməsin deyə camışı xilas etdi – pulunu verərək, camışı aldı.

Beləliklə, 700 kiloqramlıq “Donald Tramp” qurban getmədi. Hökumət onu Dəkkə heyvanxanasına yerləşdirdi – indi “Donald Tramp”a baxmaq istəyən heyvanxanaya gəlir. Hökumət camışa verdiyi pulu artıq çıxardıb.

Mənbə: https://www.reuters.com/world/asia-pacific/viral-fame-spares-donald-trump-buffalo-eid-sacrifice-bangladesh-2026-05-27/

“Donald Tramp”, necə deyərlər, yağışdan çıxıb, yağmura düşdü. Tramp (dırnaqsız) üçün hansının daha yaxşı olduğu şübhəlidir, məncə.

Deyəsən, Banqladeş yeganə ölkədir ki, Trampdan pul qazanır.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğandan ÖNƏMLİ MESAJ: “Azərbaycanı sıradan çıxarmaqla yox, qardaşlarımızla çiyin-çiyinə…”

redaktor

Toqquşmaları xeyrimizədir, Rusiyanı onun qucağına saldılar – Lukaşenko

redaktor

“Ukrayna savaşını dayandırmaq çətindir, amma biz bunu nizamlayacağıq” – Tramp

redaktor